Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Mar

    Rəbbimiz bütün oruc və ibadətlərimizi qəbul eləsin!

    Bismilləhir Rahmənir Rahim!
    Mehriban və Bağışlayan Allahın adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq Sizdən əvvəlki ümmətlərə vacib buyrulduğu kimi, Sizə də vacib edildi. Bəlkə Allahdan qorxasınız deyə”. Bəqərə surəsi, ayə 183
    Nəfslərə aramlıq, könüllərə rəhmət aşılayan, bədənlərə sağlamlıq vəsiləsi olan əzəmətli bir ayın başlanğıcındayıq. Bəli, bu, on bir ayın sultanı olan, insanların böyük cihadının carçısı sayılan Ramazan ayıdır. Hədislərdə gəlib ki, ağır bir döyüşdən qayıdan müsəlmanları Hz. Peyğəmbərimiz (s) belə salamlayır: “Kiçik cihaddan gələnlərə salam olsun”. Deyirlər, Ya Rəsulallah (s), çox ağır çarpışma oldu, əksəriyyətimiz yaralanıb. Peyğəmbərimizin onlara cavabı belə olur ki, ox atmağa, qılınc tutmağa nə var ki? Ən böyük cihad insanın öz nəfsinə, öz tamahına sahib çıxmasıdır! Bəli, həqiqətən də ramazanı digər aylardan fərqli edən də məhz elə bu keyfiyyətidir. Quran və hədislərə rəğmən bu ay çox hikməti özündə cəm edib. Bu ayda müsəlmanlar Allahın razılığını əldə etmək üçün sübh azanından xeyli əvvəl oyanıb oruc olmağa hazırlaşarlar. Elə ki Sahur edildi, yəni qida qəbulu sona çaydı, müsəlmanın qarşısında çox məsuliyyətli bir gün başlayır. Bəs necə? Orucu pozulmasın deyə o, təkcə yemək, içmək, qatı toz, tüstü udmaq və s-dən başqa da həm də diqqət edəcək ki, qeybət edənlərdən olmasın və qeybət edənə də şərik olmasın. Dilini Allahın xoşuna gəlməyən nalayiq sözlərdən qoruyacaq, qulaqlarını da həmçinin qeybət və nalayiq sözlərə qapadacaq. Gözlərini haramlara baxmaqdan, əlini haramlara toxunmaqdan, ayağını haram yollara getməkdən qoruyacaq!
    Hz. Fatimə (s.ə.) buyurub: “Əməllərinə riayət edilmədən tutulan oruc, özünü ac qoymaqdan qeyri bir şey deyil.” Soruşurlar ki, bəs əməlləri nədir orucun? Xanım (s.ə) buyurur: “Dilin, qulaqların, əllərin, əməllərin də oruc olsun gərək!”
    Həmçinin, oruc pəhrizinin insan sağlamlığına çox böyük töhfə verdiyi danılmazdır. Rəbbimiz bütün oruc və ibadətlərimizi qəbul eləsin. İlahi amin!
    Qeyd: QMİ-nin fətvasını əsasən 2024-cü ilin Ramazan ayının 1-i mart ayının 11-nə, Fitr bayramının tarixi isə aprel ayının 10-a təsadüf edir.

    Saleh ƏDİLOV,
    Tərtər Cümə Məscidi
    imamının müavini

    Müəllif: Redaktor, 10:06

İsmarıclar bağlıdır.