Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Mar

    Hər kəs öz yolunu seçib uğur qazana bilər

    İnsan həyatı həmişə hamar olmur. Xüsusən qadınlar çox sınağa çəkilirlər. Yalnız səbrli, dözümlü, ən əsası isə, zəhmətkeş insanlar uğur qazanıb həyatlarını davam etdirirlər. Onlardan biri də rayonumuzun Soyulan kəndinin sakini, hazırda sahibkar kimi fəaliyyət göstərən Əskinaz Məmmədovadır.
    Onun həyatı dəfələrlə kökündən dəyişib. Hər şeyin bitdiyini düşündüyü halda, yeni-dən uzaqda bir işıq görüb, bu işıqdan güc alıb və məqsədinə doğru addımlayıb.
    1961-ci ildə Soyulan kəndində doğulan Əskinaz əmək fəaliyyətinə pambıqçı kimi başlayıb. Kənd Təsərrüfatı Texnikumunu, İqtisad Universitetini bitirib. Uzun müddət o zamankı Soyulan kənd Sovetində katib, sonra isə icra nümayəndəliyinin mühasibi vəzifəsində çalışıb.
    Səhhətində yaranmış problemlərdən, keçirdiyi əməliyyatlardan sonra bəlkə çoxları həyatdan əlini üzərdi. Ancaq Əskinaz xanım bunlardan da qalib çıxdı. Səhhətini də bərpa elədi, övlad, nəvə sahibi də oldu. Sahibkarlıqla məşğul olmağa başladı. Arı saxladı. Bu barədə o, belə deyir:
    – Arılar mənim yaşam səbəbim oldu. Onları artırıb 150 pətək etdim. Erməni qəsbkarlarının rayonumuza qadağan olunmuş bombalar atması nəticəsində, havanın çirklənməsindən arılarım da zəhərlənib məhv oldu. Bu zərbə çox ağır idi və mən yenidən xəstələndim.
    Kömək gözlənilməz anda gəldi. Əskinaz xanımı rayonumuzda fəaliyyət göstərən Qa-dın Resurs Mərkəzinə dəvət etdilər. Təlimlərə qoşuldu. Biznes təlimlərində qalib oldu və günlərin birində – 2022-ci ilin aprel ayında ona arı pətəkləri və avadanlıq verdilər. Əskinaz xanım daha böyük həvəslə işə qoşuldu. İndi nəticə göz qabağındadır. Onun arıçılıq fəaliyyəti öyrənilir və təcrübəsi yayılır. Əskinaz xanım deyir:
    – Gənc xanımlara məsləhətim budur ki, yerlərində oturub, bir gün uğur qazanacaqlarını gözləməsinlər. Müəyyən bir yol seçib bu uğura özləri çatmalıdırlar. Həm əmək fəaliyyətində, eləcə də şəxsi həyatda.

    Müəllif: Redaktor, 10:49

İsmarıclar bağlıdır.