Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Mar

    Ömrünüz bahar kimi gözəl olsun!

    8 Mart Qadınlar Günü münasibəti ilə bizə doğma, əziz olan qadınları bir daha yada salır, qəlbimizdəki ən xoş arzuları, diləkləri onlara çatdırmaq istəyirik.
    İlk növbədə baharın bu gözəl çağında tərtərli qadınlar adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, qadınlarımızın, eləcə də qayğı və diqqətə ehtiyacı olan hər bir vətəndaşımızın ümid, pənah yeri olan, yalnız Azərbaycanda deyil, dünyada humanizm və mərhəmət simvolu kimi tanınan Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, bir-birindən mənalı və xoş günlər, cansağlığı arzulayırıq!
    Biz tərtərli qadınlar çətin günlərimizdə də, xoş günlərimizdə də Mehriban xanımı daim yanımızda görmüşük. 2016-cı ilin Aprel hadisələri bizi qələbəyə aparan böyük yola çıxardı. Amma bu yola çıxmaq üçün şəhid verdik, evlərimiz darmadağın oldu. Hadisədən dərhal sonra Prezident İlham Əliyev Mehriban xanımla birlikdə yanımızda oldular, evləri dağılmış insanlarla görüşdülər və hər şeyin tezlikə düzələcəyinə söz verdilər. Ermənilərin dağıtdıqları evlərin yerində qısa müddətdə yeni tikilən yaraşıqlı evlərin ilk qonaqları da elə cənab Prezident və Mehriban xanım oldular. Belə səmimi, mehriban görüşlər Tərtər qadınlarının qələbəmizə, ölkəmizin xoşbəxt gələcəyinə inamını artırır, bizə güc verirdi.
    Aprel hadisələrindən sonra ölkənin birinci xanımının Heydər Məscidində şəhidlərimizə ehsan verdiyinin, şəhid analarına, xanımlarına, övladlarına necə ürək yanğısı ilə yanaşdığının şahidi olduq. Şəhid Nicat İsgəndərovun anası Maya xanım deyir ki, çətin günlərində Mehriban xanımın onlarla bərabər olması Vətən yolunda oğul itirən analar üçün bir təsəlli idi.
    Xoş günlərimizdə də Mehriban xanımı daim yanımızda görmüşük. Rayonumuzun inkişafına, problemlərimizin həll olunmasına bizimlə bərabər sevinib. Görülən işlərin bəhrəsini görəndə ürəyi dağa dönüb.
    Nəhayət, biz Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı işğaldan azad olunmuş ərazilərdə gördük. Bu, təkrarolunmaz hisslər idi! Milyonların arzu və istəklərinin həqiqətə çevrilməsi idi. Bu, hər bir Azərbaycan qadınına ən böyük hədiyyəydi!
    Ömrünüz bahar kimi gözəl olsun, Mehriban xanım!

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 12:04

İsmarıclar bağlıdır.