Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Mar

    Bu günlərdə özünün 90 yaşını qeyd edəcək Tərtər rayon qəzeti bütün çoxillik tarixi dövründə həmişə məktəblilər tərəfindən çox sevilib. Onlardan hansısa qəzetdə özü haqqında dərc olunan ilk məqaləni oxuyub, kimisi ilk imzasını görüb və bu ilklər həyatlarında böyük rol oynayıb, seçimlərinə uğurlu təsir edib.
    Şəhər 1 saylı tam orta məktəbin şagirdləri Malik və Mələk Şirinzadələr qəzetimizi çox sevir və mətbuata maraq göstərirlər. Onu da qeyd edək ki, onların ulu nənəsi Fatma xanım Şirinova vaxtilə uzun illər Tərtərdə Mətbuat Yayımı İdarəsinin rəisi olub, yəni bu ailədə böyüyən övladlar həmişə evlərində qəzet və jurnal görüb və bunları seviblər.
    Üç ildir ki, bizimlə qonşu olan bu uşaqlar ilaxır çərşənbədə uğurlu qədəmlərilə kollektivimizi təbrik edirlər. Milli geyimdə əllərində bayram xonçası tutmuş uşaqların gəlişi hər birimizdə xoş ovqat yaradır. Bir də ona görə sevinirik ki, milli ənənələrimiz yaşayır və böyüyən nəsil də gələcəkdə bu ənənələri davam etdirəcək. Malik və Mələk həm də dərs əlaçısı və fəal ictimaiyyətçidirlər. Yolunuz uğurlu olsun, əziz uşaqlar!

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 13:39

İsmarıclar bağlıdır.