Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Mar

    AĞACƏKMƏ AKSİYALARI KEÇİRİLİB

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər-Hindarx avtomobil yolunun İsmayılbəyli kəndi ərazisindən keçən hissəsində ayrılmış 1 hektar ərazidə ağacəkmə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qarabağ Regional Turizm İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, şəhid ailələri, veteranlar, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, İƏD üzrə nümayəndələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Aksiyada iştirak edən Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ et-mək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
    Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 500 ədəd eldar şamı əkilıib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.
    * * *
    Həmçinin Tərtər Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin və “VƏKİL-OĞLU” MMC-nin (Patron tumları) birgə təşkilatçılığı ilə Tərtər rayonunun Balakəngərli kəndi ərazisində yol kənarında ağacəkmə aksiyası keçirilib. Aksiya iştirakçıları yol kənarında 2000 ədəd sərv ağacı əkib, yeni əkilən ağacları suvarıb və onlara aqrotexniki qaydada qulluq göstəriblər.
    * * *
    Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində Tərtər-Ağdərə yolunun kənarında ağacəkmə aksiyası keçirilib.
    Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 200 ədəd eldar şamı əkilib.

     

     

     

    Müəllif: Redaktor, 14:17

İsmarıclar bağlıdır.