Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Apr

    Həyatı seviriksə, yaşıllığı artırmalıyıq

    Məlum olduğu kimi, bu il Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı Tədbirlər Konvensiyasının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbir keçiriləcək. Bu məqsədlə Azərbaycanın hər bir guşəsində “Təmiz şəhər”, “Təmiz kənd” uğrunda kampaniyalar həyata keçirilir, küçələrdə, həyətlərdə təmizlik işləri aparılır, yol kənarlarında, ərazilərdə yeni ağaclar əkilir.
    Məqsəd dünyanın üz-üzə qaldığı ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikliyinin yaratdığı problemlərin həllinə kömək etməkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi adlanır.
    Tərtər rayonunun sakinləri də ekologiyamızın saflaşdırılması naminə görülən işlərə elliklə qoşulublar.

    Tərtər-Hindarx avtomobil yolunun Qaraağacı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, İƏD üzrə nüma-yəndələr, bələdiyyələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
    Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 1000 ədəd eldar şamı əkilıib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

    * * *

    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər rayonunun Evoğlu kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.
    Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 250 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

    * * *

    Rayonun Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.
    Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 100 ədəd müxtəlif növ meyvə ağacları əkilib, yeni əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

     

    Müəllif: Redaktor, 15:09

İsmarıclar bağlıdır.