Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    Mən 1981- ci ildə Tərtərdə rayon qəzetində işləyirdim. O zaman adı “Qızıl Bayraq” olan qəzetdə güclü jurnalistlər işləyirdilər. O qəzet məni yetişdirdi. Redaktor Təvəkkül Nəcəfov, onun müavini Əmiraslan Qurbanzadə, məsul katib Svetlana Bağırova, şöbə müdiri Elbrus Məmmədov, müxbir Eldar Fərəcov, şöbə müdiri Yəhya İbrahimov sözün əsl mənasında mənə müəllim oldular. Onların verdikləri zəngin bilgilərlə sonralar “Xocalının səsi”, “Azərbaycan”, “Respublika” və digər qəzetlərdə çalışdım. Ümummilli Lider Heydər Əliyev siyasətdən yazdığım iki məqaləmi bəyənmiş və millət vəkillərinin iştirakı ilə müzakirə etdirmişdi.

    On iki kitabın müəllifiyəm. “Qızıl qələm” mükafatı laureatı adına layiq görülmüşəm və s. Bunların hamısı Tərtərdə qazandığım bilik və təcrübə sayəsində mümkün olub. Uğurlarımda adlarını çəkdiyim ustad jurnalistlərin çox böyük əməyi olub. İndi ustad səviyyəsinə o vaxt gənc, lakın istedadı olan Svetlana Əzizova yüksəlib. Buna sevinirəm.

    Bu 90 illik yubiley bayramında dünyasını dəyişən yoldaşlarıma Allahdan rəhmət diləyirəm. Sırada olanları ürəkdən təbrik edirəm, onlara cansağlığı və yeni uğurlar arzulayıram.

     

    Vəli İlyasov,

    “İki Sahil” qəzetinin müxbiri.

    Müəllif: Redaktor, 15:20

İsmarıclar bağlıdır.