Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    Radionun və televiziyanın təşəkkül tapmadığı dövrdə mətbuat qədim informasiya vasitəsi olmuşdur. Azərbaycan tarixinə  ilk mətbu orqan kimi daxil olaraq fəaliyyətə başlayan   “Əkinçi” qəzetinin  ənənələrini rayonumuzda  layiqincə davam etdirən və  bu gün  90 yaşını qeyd etməyə hazırlaşdığımız  “Yeni Tərtər” qəzeti rayonumuzun ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu gün “Yeni Tərtər” qəzetinin  bayramıdır, onun timsalında rayonumuzun, ümumilikdə isə mətbuatımızın bayramıdır.

    “Yeni Tərtər” qəzeti  region  qəzeti olaraq müxtəlif sahələr üzrə  dərc etdiyi məqalələrə, publisist yazılarına və digər sahələri əhatə edən mözvulara görə heç də Respublikanın  mərkəzi mətbu orqanlarından geri qalmır. Hətta onlarla bir sırada dayanır. Qəzet  mütəmadi olaraq  istər rayonumuzun , istərsə də ölkəmizin tarixinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə aid mövzularla çıxış edir.

    “Yeni Tərtər” qəzetinin  Ulu Öndər Heydər Əliyevin ideyalarının və onun zəngin irsinin öyrənilməsində və təbliğində, rayonumuzun əhalisinin  maariflənməsində və məlumatlandırılmasında böyük xidmətləri olmuşdur.

    Bu gün eyni zamanda  “Yeni Tərtər” qəzeti   Müzəffər Ali Baş Komandan , Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının apardığı məqsədyönlü siyasətin təbliğində geniş rol oynayır. Bu ondan irəli gəlir ki, hazırda  qəzetin çox mütəşəkkil, peşəkar, yüksək səviyyəli  jurnalist qabiliyyətinə malik yaradıcı kollektivi var.

    Qeyd etməliyəm ki, qəzetimiz Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının  keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edir və səhifələrində işıqlandırır.

    Mən YAP Tərtər Rayon  Təşkilatının sədri və eyni zamanda rayon ziyalısı olaraq  90 illik yubiley münasibətilə “Yeni Tərtər”qəzetinin baş redaktoru  Svetlana xanım Bağırova başda olmaqla  bütün kollektivi  səmimi qəlbdən təbrik edir, onlara nəcib peşələrində uğurlar arzulayıram.

    Eldar Əsədov,

    YAP Tərtər Rayon Təşkilatının sədri

     

    Müəllif: Redaktor, 15:31

İsmarıclar bağlıdır.