Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    Əziz və hörmətli həmkarlarımız! Azərbaycan region qəzetləri sistemində tarixən və müasir günlərimizdə öz nüfuzunu daim qoruyub saxlayan”Yeni Tərtər”in 90 illik yubileyi münasibətilə Sizi ürəkdən təbrik edirik. “Yeni Tərtər” qəzeti şərəfli bir tarixi yol keçmişdir. 90 illik fəaliyyəti dövründə bu qəzet özünün yerli oxucularını maarifləndirmək missiyasını Vətənə, doğma Tərtərə sevgi ilə həyata keçirmişdir. Sovet senzura sisteminin sərt təzyiqləri altında da bu qəzet öz obyektiv sözünü demək cəsarətindən çəkinməmişdir. 90 il dövründə qəzetiniz dəfələrlə adını, redaktorlarını dəyişsə də, obyektiv, dəqiq, vicdanlı xəbər prinsipini qoruyub saxlamışdır. “Yeni Tərtər” mənfur düşmənin Qarabağın 30 illik işğalı  dövründə –ağır atəşlər altında belə fəaliyyətini dayandırmamışdır. Qələbəmizi təmin edən xalq -Ordu-Ali Baş Komandan birliyində “Yeni Tərtər”in də payı var. Bu qəzetin davamlı nəşrinə kömək edən Rayon İcra Hakimiyyətinin rəhbərliyi müqəddəs bir vətəndaşlıq işi görməkdədir. Bu gün “Yeni Tərtər”in redaktoru bizim fakültəmizin istedadlı məzunudur. Bu əziz bayramınız münasibəti ilə bütün yaradıcı kollektivi təbrik edir, yeni uğurlar arzulayırıq.

    Bakı Dövlət Universitetinin Jurnalistika

    fakültəsinin müəllim və tələbələri adından

    Vüqar Əliyev– fakültənin dekanı,

    Cahangir Məmmədli –Milli mətbuat tarixi kafedrasının müdiri      

     

    Müəllif: Redaktor, 15:33

İsmarıclar bağlıdır.