Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

      İlin, günün bu vaxtında ayda 3 dəfə oxucuların görüşünə gəlmək, yaşayıram deməkdir, bölgə mətbuatı hələ tarixin zirzəmisinə atılmayıb deməkdir. Təəssüflə bildirirəm ki, bu fikirləri nə qədər ağır olsa da “Kür” qızeti haqqında deyə bilmirəm. Ölkəmizdə yaşayan tək-tək əyalət qəzetlərindən biri “Yeni Tərtər”dir. Bu münasibətlə qəzetin baş redaktoru,  canıyla-qanıyla mətbuata bağlı olan,  bu yolda hər cür fədakarlığı qarşılaya bilən çox dəyərli həmkarım Svetlana Bağırovanı və kollektivi səmimi-qəlbdən təbrik edir, yollarına uğurla davam etmələrini diləyirəm.    Düz 90 il əvvəl – 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə nəşrə başlayan qəzet, sonralar dövrün siyasi ab-havasına uyğunlaşmağa məcbur olmuş, 1937-ci ildən “Qızıl bayraq”, 1991-ci ildən “Tərtər” adı ilə ayaqüsdə dayanmağı bacarmışdı. 2005-ci ildən isə “Yeni Tərtər” adı ilə yaşamağa davam edir. Adını dəyişsə də, mövqeyini, xəttini dəyişməyib “Yeni Tərtər” qəzeti. Hər zaman xalqına, Tərtər ictimaiyyətinə xidmət edib, rayonun iqtisadi, mədəni-siyasi və sosial həyatında baş verən hadisələri, yenilikləri dolğun informasiya və analitik yazılarla oxuculara çatdırıb. Ən önəmlisi bu qəzet 90 ildir rayonun şərəfli səlnaməsini yazmağa davam edir. Qəzetin də əsas xüsusiyyətlərindən biri budur, əhatə etdiyi coğrafiyanın saxlancıdır, yaddaşıdır, mədəni arxividir.

    Azərbaycanın ən böyük nailiyyətlərindən biri azad mətbuatın yaranması və inkişafı olmuşdur. Onlardan biri də əyalət mətbuatıdır. 1934-cü ildən – yəni rayonlarımızın hələ inkişaf etməmiş, məktəblərin belə barmaqla sayıldığı bir zamandan əyalətlərimizdə qəzet nəşr olunub və orada fədakar insanlar çalışıb. Yoxun-yoxsulluğun baş alıb getdiyi bir dövrdə insanlar ən kustar üsulla da olsa, qəzeti nəşr edib vaxtlı vaxtında oxucusuna çatdırıblar.

    Aradan 90 il keçəməsinə baxmayaraq, “Yeni Tərtər” qəzeti şərəfli missiyasını davam etdirir. Qəzet bu gün fəaliyyətini müstəqil şəkildə davam etdirsə də, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, mənim dəyərli həmyerlim Müstəqim Məmmədov bir ziyalı kimi mətbuatın dəyərini bilir, onu yüksək qiymətləndirir. O, dövlətimizə xidmət, gənc nəslin vətənpərvərlik tərbiyəsi, milli dəyərlərimizə hörmət, şəhid ailələrinə, qazilərimizə və veteranlarımıza qayğı göstərilməsi, rayonda keçirilən tədbirlərin ictimaiyyətə çatdırılması və əhalinin rayonda baş verən hər hadisə və yenilikdən xəbərdar olması, həmçinin maariflənməsi üçün “Yeni Tərtər” in daima işıq üzü görməsinə maddi və mənəvi dəstəyini, qayğısını əsirgəmir. Ona bir ziyalı kimi təşəkkürümü bildirirəm.

    Əziz “Yeni Tərtər” çilər, 90 yaşınız mübarək olsun, sizə uzun ömür və yaradıcılıq uğurları arzulayıram.

    Əminə YUSİFQIZI,

     Əməkdar jurnalist

    Mətbuat Şurası Ahillar Məclisinin sədr müavini

     

    Müəllif: Redaktor, 15:35

İsmarıclar bağlıdır.