Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    Mingəçevir şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” mərkəzinin birgə təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Bilimdən Zəfərə” layihəsi baş tutub.
    Layihə Mingəçevir, Tərtər, Ağdaş, Bərdə, Goranboy, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonundan olan 6-14 yaş aralığındakı 70-ə yaxın şəhid övladını əhatə edib.
    Tərtər rayonundan olan 8 şəhid ailəsi və övladları rayon icra hakimiyyəti tərəfində ayrılmış xüsusi avtobus ilə Mingəcevir şəhərinə yola salınıb. Onların qarşılanma mərasimi Mingəçevir şəhərində “Asan Xidmət” Mərkəzinin qarşısında keçirilib.
    İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırılıb, “Bilim şou” nümayiş etdirilib.
    Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcədə onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir.
    Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
    Ekskursiyadan razılıq edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:21

İsmarıclar bağlıdır.