Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

     

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin YAP Tərtər rayon təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, icra nümayəndələri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbir rayon Mədəniyyət mərkəzində davam etdirilib.
    Əvvəlcə Dövlət Himni səsləndirilib.
    Sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Qarabağ Regional Mədəniyyət idarəsinin rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış ediblər.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb.
    O, öz çıxışında Ulu Öndərin hakimiyyəti dövründə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan danışaraq Ümummilli Liderin “Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır” sözlərini xatırladıb, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşdığını, mədəniyyət xadimlərini öz diqqtiylə ruhlandırdığını bildirib.
    Qeyd olunub ki, Ümummilli Liderin təməlini qoyduğu işləri onun siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daha da genişləndirir və ölkənin sağlam gələcəyi, xalqın rifahı üçün yorulmadan çalışırlar. Mehriban xanımın uzun illər apardığı uğurlu fəaliyyət nəticəsində Azərbaycan muğamı bütün dünyada tanınır və sevilir. Eləcə də Azərbaycan musiqisi, kinosu, teatrı və incəsənətimizin digər sahələri uğurlu inkişaf yolu keçməkdə, dünya mədəniyyətləri arasında özünün layiqli yerini tutmaqdadır.
    Tədbirin sonunda konsert proqramı təqdim olunub.

     

    Müəllif: Redaktor, 11:06

İsmarıclar bağlıdır.