Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10May

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin 101-ci ildönümünə həsr edilmiş kitab sərgisinə, məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət sərgiyə baxıblar.

    Sonra Ümummilli liderin abidəsi ziyarət olunaraq, gül dəstələri düzülüb.

    Gülqoyma mərasimindən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıb və Ulu Öndərin 101-ci ildönümü münasibəti ilə keçirilən rəsm müsabiqəsində yer tutan məktəblilər rayon rəhbəri tərəfindən fəxri fərnanla təltif ediliblər.

     

    Müəllif: Redaktor, 14:43

İsmarıclar bağlıdır.