Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibəti ilə Tərtər şəhərində Ulu Öndərin adını daşıyan meydanda rayonun Köçərli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənli Minayə Adil qızının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Baxışda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rəsm sərgisinin sonunda Minayə Həsənliyə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən təşəkkürnamə təqdim edilib.