Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27May

    Xoş ovqatlı qonaqlarımız

    Qəzetimizin qonaqları – şəhər 6 saylı tam orta məktəbin direktoru Rüfət İsmayılovun və məktəbin IX “b” sinfinin şagirdi Xumar Həsənlinin gəlişi hamımızı sevindirdi və xoş ovqat yaratdı. Belə ki, bu tərtərli qızı artıq nəinki rayonumuzda, respublikamızda çoxları tanıyır. O, ölkə üzrə IX sinfin buraxılış imtahanlarından maksimum bal toplayan 16 şagirddən biridir.
    Biz isə Xumarı qəzetimizin oxucularına daha yaxından tanıtmaq istəyirik. İlk olaraq deyək ki, əlaçı qız I Qarabağ müharibəsi şəhidi Teyyub Həsənovun nəvəsidir. Atası Ceyhun Həsənov rayon mərkəzi xəstəxana-sında mülki müdafiə üzrə qərargah rəisi, anası Lalə xanım tibb bacısıdır. Valideynlərinin işi ilə uşaqlıqdan yaxşı tanış olan və onlardan nümunə götürən Xumar gələcəkdə həkim olmaq istəyir. Fikri qəti olsa da, məktəbdəki bütün fənləri öyrənir. Dərs əlaçısıdır. Riyaziyyat və kimya üzrə isə olimpiadalarda iştirak edib və qaliblər sırasında olub.
    O, sinif nümayəndəsidir və yalnız özünün deyil, sinif yoldaşlarının da uğuru Xumarı olduqca sevindirir. Bu barədə fikirləri də maraqlıdır.
    – Məktəb illəri insan ömrünün ən məhsuldar dövrüdür. Hal-hazırda yiyələndiyimiz biliklər gələcək ömrümüzə işıq salacaq, bizi irəli aparacaq. Çalışıram ki, sinif yoldaşlarım da bu fikirlə razılaşıb, vaxtlarını boş keçirməsinlər, pis vərdişlərdən uzaq dursunlar.
    Cari dərs ilində şəhər 6 saylı məktəb üzrə 9-cu sinif buraxılış imtahanından 4 nəfər şagird 200 baldan yuxarı nəticə qazanıb.
    Onbirincilərdən isə 5 nəfəri bu cür yüksək nəticə əldə edib. Onlardan 4-ü –Emil Əhmədli, Günel Həsənli, Ofelya Abdullayeva və Nigar Qasımzadə fərqlənmə attestatı alacaqlar.
    Məktəbin direktoru Rüfət İsmayılov deyir:
    –Şagirdlərimizin uğuru pedaqoji kollektivimizi sevindirir. Bu, hər bir müəllimin gərgin əməyinin nəticəsidir. Burada həmçinin ailənin də rolu danılmazdır.
    Sonda Xumarın həmyaşıdlarına nə arzuladığını soruşduq. O dedi:
    – Müəllimlərimizin, ailəmizin bizim üzərimizdə zəhməti ölçüyəgəlməzdir. Ancaq biz hər birimiz öz həyatımızın memarıyıq. Odur ki, gələcək həyatımızın özülünün necə olması həm də özümüzdən asılıdır. Gəlin elə yaşayaq ki, həmişə başımız uca, alnımız açıq olsun.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 09:12

İsmarıclar bağlıdır.