Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27May

    Nəsillərə nümunə

    “Düşməndən şəhidlərimizin intiqamı-nı almışıq,”– deyir qazi Elşad Məmmədov. Onun cəmi 20 yaşı var. 2023-çü ilin antiterror əməliyyatı başlayanda, 15 ayın əsgəri idi. Tərxis olunmağına az qalmışdı. Evlərinə məzuniyyətə də gedib qayıtmışdı. Atası Elşən komandoda, kəşfiyyat taborunda xidmət edən oğlu ilə fəxr edir, onun Ordudan tərxis olunacağı günü, bu münasibətlə qurban kəsib qohum-əqrabanı başına yığacağını səbirsizliklə gözləyirdi.
    Aniterror əməliyyatı başlayan zaman onun xidmət etdiyi hərbi hissə Ağdam-Xocalı istiqamətindəydi. Hər şey uğurlu gedirdi. Sentyabrın 19-da ildırım sürətli əməliyyatda qazanılan qələbə hər kəsi ruhlandırır, şəhid və yaralıların olması isə döyüş əzmini daha da artırırdı.
    Sentyabrın 20-də səhər saatlarında üzbəüz döyüş gedirdi. Elşadın tərkibində olduğu qrup düşmən səngərinə doğru hücuma keçdi. Məğlubiyyətini anlayan ermənilər son nəfəslərində belə çirkin əməllərindən əl çəkməyərək, ətrafa ölüm saçan mərmi yağdırır, avtomatlardan atəş açırdılar. Mərminin biri Elşadın yaxınlığına düşdü, ətrafa dağılan qəlpələrdən bir neçəsi onun ayağına dəydi, bu azmış kimi, namərd gülləsi də gənc əsgəri tapıb, bud nahiyyəsindən sümüyünə sancıldı.
    Bu barədə Elşad deyir:
    – İlk olaraq qrup komandiri Xaliq Əzizov özünü mənə çatdırdı. Sonra əsgər yoldaşlarım köməyimə gəlib döyüş meydanından çıxardılar.
    Elşad ilk olaraq Bərdədə əməliyyat olundu. Sonra bir-birinin ardınca Ağ-cabədi, Gəncə, Bakı hospitalları… Hal-hazırda ayağına implant qoyulub, düşmən gülləsi isə hələ də sümüyündədir.
    Söhbət zamanı Elşad dedi:
    – Gəncliyin qaynar çağında sağlamlığını itirmək çətindir. Düşünəndə ki, mən bunu Vətən, torpaq yolunda etmişəm, mənən özümdə güc tapıram. İki əmim oğlu – Səbuhi Məmmədov, İntiqam Mənsimli və atamın əmisi oğlu – Elmin Quluzadə düşmənlə mübarizədə şəhidlik zirvəsinə ucalıblar. Mən onların yolunu şərəflə davam etdirdim.
    Gənclik çox güclü olur. Vaxt gələcək, Elşad da düşmənə qalib gəldiyi kimi, ağrı-acılarına da qalib gələcək və cəmiyyətimizin fəal üzvü kimi həyatını davam etdirəcək.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:27

İsmarıclar bağlıdır.