Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27May

    Vətənim Azərbaycandır!

    Azərbaycan qədim dövlətçilik ənənələrinə malik ölkələrdən biridir. 1918-ci ildə Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlət yarandı.
    Bu dövlət xarici siyasətdə uğurlu addımlar atdı. Lakin cəmi 23 ay yaşadı və süquta uğradı. 1991-ci ildə yenidən öz dövlətçiliyimizi bərpa etdik.
    Artıq biz müstəqil dövlətin azad vətəndaşlarıyıq. Bizim ölkəmizdə uşaqların təhsil hüququ, istirahət hüququ, sağlamlıq hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi təhsil hüququna aiddir.
    Biz xoşbəxt uşaqlarıq ki, vətənimiz Azərbaycandır.
    Ali Baş Komandanın “Dəmir yumruq” siyasəti sayəsində müzəffər Ordumuz 30 il işğalda olan torpaqlarımızı azad etdi. İndi keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. Xalq şairi Süleyman Rüstəm öz şeirində qeyd edir:
    Ey Vətən, torpağın əzizdir mənə,
    Mən səndə tapmışam səadətimi.
    Bəli, bu torpaq, bu vətən bizə çox əzizdir. Əbədi müstəqilliyin mübarək, Azərbaycanım!

    Məhəmməd KƏRİMLİ,
    Aslan Kərimov adına şəhər
    3 saylı məktəbin şagirdi

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.