Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27May

    Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin və FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi mövzusunda tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Aqil Mustafayev, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafi-zə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasının vacibliyini qeyd etdib, bu istiqamətdə qarşıda duran məsələlərdən danışıb. Bilərəkdən yanğın hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyini bildirib.
    Sonra FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Aqil Mustafayev, Tərtər rayon DYMH-nin rəisi polkovnik Mübariz Əliyev, ARAN RDYNİ-nin böyük inspektoru Sadiq Bəbişov, Tərtər rayon Aqrolizinq ASC-nin nümayəndəsi Vəfa Mustafayev, Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru Mehman Babayev mövzu ətrafında çıxış ediblər.
    Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

     

    Müəllif: Redaktor, 10:21

İsmarıclar bağlıdır.