Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27May

    Akif Lalayev I Qarabağ müharibəsi qazisi, şəhid atasıdır. Respublika Günü münasibətilə onunla görüşüb söhbət etdik. Şəhid atası dedi:

    –Şərqdə ilk demokratik respublika 28 may 1918-ci ildə qurulub. Bu, bizim milli bayramımız, hamımız üçün əziz gündür. İlk respublikamızın ömrü cəmi 23 ay oldu. Müasir dövrdə dünyaya günəş kimi doğan Azərbaycanın ömrü isə əbədidir. Müstəqilliyimizi dönməz və əbədi edən Ulu Öndər Heydər Əliyevdir.
    Bu vəzifənin yerinə yetirilməsinə Ümummilli Lider hələ Sovet imperiyasının mövcud olduğu illərdə başlamışdı. Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi bu istiqamətdə atılan mühüm addımlar olmuşdur.
    Həmin gənclərdən biri də mənəm – Qarabağ qazisi, Vətən uğrunda gözünü qırpmadan canını qurban verən 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid Ruslan Lalayevin atası.
    1984-cü ildə o zamankı Lenin adına sarayda Heydər Əliyevlə görüşümü heç zaman unutmamışam. Həmin vaxt Ulu Öndər Bakıda ali məktəblərə müvəffəqiyyətlə imtahan vermiş bir qrup gənclə səmimi görüş keçirdi. Tövsiyələri, məsləhətləri ilə bizə anlatdı ki, Azərbaycanın xoşbəxt gələcəyi naminə oxumaq lazımdır. Məni keçmiş Orconekidze (indiki Vladiqafqaz) şəhərinə göndərdilər. Ali hərbi taktiki komandirlər hazırlayan məktəbdə oxudum. Yoldaşlarımdan bir neçəsi də müxtəlif şəhərlərdəki ali hərbi məktəblərə göndərildilər. Ulu Öndər böyük uzaqgörənliklə bunu Azərbaycanın gələcək ordu quruculuğu və müstəqilliyi naminə edirdi.
    Məktəbi bitirdikdən sonra Azərbaycana qayıtdım, uzun illər orduda xidmət etdim, I Qarabağ müharibəsində kəşfiyyatçı kimi xalqıma bir çox uğurlar qazandırdım. Ancaq bizim nəsil torpaqlarımızın azad olunması işini başa çatdıra bilmədi.
    Bu işi muasir Azərbaycan Ordusu, mənim və mənim kimi minlərlə atanın böyüdüb boya-başa çatdırdığı oğullar yerinə yetirdilər. Fəxr edirəm ki, oğlum Ruslan vaxtilə mənim döyüşdüyüm o torpaqlarda qalib əsgər kimi şəhid oldu.
    Bu gənclər Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezidentimiz İlham Əliyevin layiqincə davam etdirdiyi yolda, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçdilər.
    İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır. Keçmiş məcburi köçkünlər öz ev-eşiklərinə dönürlər. Oğullarımızın qanı ilə suvarılmış o yerlər cənnətə dönür. Bu, şəhid ailələri üçün ən böyük təsəllidir. Azərbaycanın bütün sərhədləri bo-yunca bayrağımız dalğalanır. Müstəqilliymizi əbədi edən Ulu Öndərə Allahdan rəhmət diləyirik, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa edən müzəffər Ali Baş Komandana cansağlığı arzulayırıq. Allah bu yolda şəhid olanlara rəhmət eləsin, qazilərimizi sağlamlıqlarına qovuşdursun.

    Müəllif: Redaktor, 10:29

İsmarıclar bağlıdır.