Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyn

    Tərtər rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şıxarx qəsəbəsində yerləşən Klub İcma Mərkəzində şəhər 5 saylı körpələr evi-uşaq bağçası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müs-təqim Məmmədov, YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, 5 saylı körpələr evi-uşaq bağçasının kollektivi, şəhid və qazi övladları iştirak ediblər.
    Rayon rəhbəri bayram tədbirinə toplaşan uşaqları salamlayaraq, onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
    Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsilini, sağlamlığını, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir, uşaq bağçaları əsaslı təmir olunur, maddi-texniki bazası gücləndirilir. Təkçə rayonumuzda son dövrlər müasir tipli 3 körpələr evi-uşaq bağ-çası tikilərək istifadəyə verilib.
    Bildirilib ki, Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
    Sonra uşaqların ifasında maraqlı konsert proqramı təq-dim edilib, bayram münasibəti ilə rayon rəhbəri tərəfindən uşaqlara hədiyyələr paylanılıb.

     

    Müəllif: Redaktor, 10:26

İsmarıclar bağlıdır.