Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyn

    Tarla seminarı

     

     

     

     

     

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda Tarla seminarı keçirilib.
    Seminarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Tərtər DAİM-in, Tərtər Bölgə Təcrübə Stansiyasının əməkdaşları, fermerlər, taxılçılıq şirkətlərinin nümayəndələri, mütəxəssislər iştirak ediblər.
    Seminarı Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur.
    Sonra rayon rəhbəri Tərtər rayonunda taxılçılıq sahəsində əldə olunan uğurlardan, qarşıda duran vəzifələrdən danışıb və seminarın işinə uğurlar arzulayıb.
    Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edərək, bu barədə seminar iştirakçılarına geniş məlumat verib.
    Seminarda Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Rəşad Familzadə və Tərtər DAİM-in direktoru Mehman Babayev çıxış ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.
    Tədbirin sonunda seminar iştirakçıları Bölgə Təcrübə Stansiyasının əkin sahəsində nümayiş etdirilən sortlara baxış keçiriblər.

     

     

    Müəllif: Redaktor, 10:59

İsmarıclar bağlıdır.