Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məm-mədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Əvvəlcə Dövlət himnini səsləndirilib, Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. Rayon rəhbəri bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
    Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiy-yətə gəlməsi xalqın nicatına yol açdı, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
    Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Amil Hüseynov və Qarabağ Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Orxan Fəxrəddinov çıxış edərək, Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd edib, onun hakimiyyətə gəlişilə ölkədə hərcmərcliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildiriblər. Qeyd olunub ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman və YAP sıralarına yeni qəbul olunmuş şəxslərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.

     

     

    Müəllif: Redaktor, 11:42

İsmarıclar bağlıdır.