Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn

    Tərtərli oğulların şücaəti

    Birinci Qarabağ müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlu 1968-ci il yanvar ayının 17-də Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbində orta təhsil almışdır. 1986- 1988-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 18 №-li Yol İstismarı İdarəsində qaynaqçı işləyirdi. Qarabağ uğrunda müharibə şiddətlənən vaxt Tərtər bölgəsində özünümü-dafiə batalyonu yaradılarkən, erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşililklərə qarşı əldə silah mübarizə aparmaq məqsədilə bu batalyonun tərkibinə yazılmışdır. 1992-ci il iyun ayının 3-də keçmiş Ağdərə rayonunun Qırmızıkənd kəndi yaxınlığında Tərtər Batalyonu döyüşə hazırlaşarkən keçid yollarına düzülmüş mina partlayışı nəticəsində şəhid olmuşdur.
    Ailəli idi. İlqar adında bir oğlu var. Əskipara kənd qəbiristanlığında dəfn edilib.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə rayonun Əskipara kəndində Vüqar Cəfərovun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
    Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.
    Bildirilib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşırlar. Dövlət başçısı hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırıb.
    Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 10:51

İsmarıclar bağlıdır.