Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

     

     

     

     

     

    Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Yaqubov Fəqan Misir oğlu Tərtər rayonunda dəfn edilib. Fəqan naməlum şəhid kimi Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.

    Şəhidlə vida mərasimi ailəsinin yaşadığı Tərtər rayonunun Sarıcalı kəndində keçirilib. Mərasimdə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

    Vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışaraq qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.

    Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı yaylım atəşi açılıb.

    Qeyd edək ki, şəhid Yaqubov Fəqan Misir oğlu 1973-cü il iyun ayinin 7-də Tərtər rayonunun Sarcalı kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra Bərdə rayonunda 105 saylı Texniki Peşə Məktəbində sürücülük ixtisasını öyrənib. 1991-ci ilin iyun ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. SSRİ dağıldıqdan sonra dogma vətənə qayıdıb və 1992-ci ilin əvvəllərindən hərbi xidmətini davam etdirmək üçün könüllü surətdə “Tərtər özünümüdafiə batalyonu”na daxil olub.

    Bu batalyonun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda Ağdərə bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1992-ci il avqust ayının 7-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Subay idi.

     

    Müəllif: Redaktor, 10:13

İsmarıclar bağlıdır.