Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Çiyələkçilik son illərdə respublikamızda fermer və torpaq mülkiyyətçilərinin maraq göstərdiyi sahələr-dəndir. İstehsalçılar bol məhsuldarlığı və daha uzun müddət məhsul verimi ilə seçilən xarici çiyələk növlərinə üstünlük verir, eyni zamanda müasir becərmə texnologiyasının tətbiqi sayəsində yüksək məhsuldarlığa nail olurlar. Uzun illərdir Tərtər rayonunun İrəvanlı kəndində çiyələk becərən Mənzərə Məmmədova isə yerli çiyələyin istehsalı ilə məşğuldur.
    Mənzərə Məmmədova bildirib ki, yerli çiyələk təbii, dadlı və ətirli olması ilə seçilir: “Damaq dadını bilənlər gəlib bizim becərdiyimiz çiyələkdən alırlar. Yerli çiyələyin mürəbbəsi və kompotu da dadlı və ətirli olur. Odur ki, bu çiyələyi dadanlar keçmişi xatırlayır və hər il davamlı olaraq müştərimiz olurlar”.
    M.Məmmdova bildirib ki, yerli çiyələyin məhsuldarlığı xaricdən gətirilmiş növlərlə müqayisədə aşağıdır. Xarici çiyələk növləri aprelin sonundan noyabr ayınadək davamlı məhsul verdiyi halda, yerli çiyələk növü cəmi bir ay – may ayında məhsul verir. Bu çiyələyin dərildikdən sonra saxlama müddəti də azdır. “Dədə-babadan qalma bu çiyələk növünü qoruyub saxlayıram. Məhsulu, qazancı az olsa belə, mən ancaq yerli çiyələk becərirəm. Şitilləri payızda əkirik, beş il məhsul götürürük. Becərmə zamanı heç bir kimyəvi dərmandan istifadə etmirik. Məhsulumuz tam təbiidir. Odur ki, dadı da, qoxusu da fərqlidir”–deyə, Mənzərə Məmmədova bildirib.

    Tahir Ağaməmmədov,
    AZƏRTAC-ın bölgə müxbiri

    Müəllif: Redaktor, 13:26

İsmarıclar bağlıdır.