Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Bu günlərdə rayonumuzda “Sərbəst danışıq” psixoloji və nitq inkişafı mərkəzinin açılışı olub. Açılışda Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zabil Paşayev, Təhsil Sektorunun psixoloqu Gülxar Abbasova, media və ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.
    Qeyd edək ki, mərkəzdə lo-qoped, psixoloq, pedaqoq və düyü bütünləmə mütəxəssisləri fəaliyyət göstərəcək. Mərkəzin rəhbər-loqopedi Jalə Əsgərova, loqoped Aytac Muradlı, klinik-psixoloq Təranə Əmiraslanlı, pedo-qoq Nigar Xosrovlu, düyü bütünləmə mütəxəssisi Gülər Quluyeva, ailə psixoloqu Gülxar Abbasovadır.
    Mərkəzin açılışı ilə bağlı sahibkar Kəyam Quliyev deyir:
    –Uzun illər ərzində Tərtər rayonu cəbhə bölgəsi olub, qəhrəman tərtərlilər düşmənlə üzbəüz müharibə şəraitində yaşayıblar. Mənfur düşmənin hərəkətləri, yaşanan stress insanların səhhətinə, psixoloji durumuna, xüsusən də dünyaya gələn körpələrin sağlamlığına ciddi təsir göstərib. Hal-hazırda Tərtər rayonunda digər bölgələrə nisbətən xüsusi qayğıya ehtiyacı olan uşaqların sayının daha çox olması da elə bunun nəticəsidir.
    Kəyam Quliyev onu da bildirdi ki, ailədə xəstə uşağın nə olduğu və bununla bağlı valideynlərin keçirdiyi hisslər ona da yaxşı tanışdır. Çünki öz övladını məktəbə apararkən müəllimin söylədiyi fikirləri və bununla bağlı yaşadıqlarını hələ də unutmayıb. Məhz bundan sonra qərara alıb ki, Tərtərdə belə bir mərkəzin açılışına nail olsun.
    Mərkəzin açılışı autizm, daun sindromu, nitq qüsurları, əqli inkişaf geriliyi və digər problemli övladları olan valideynlərin də ürəyincədir. Artıq bu xidmətlər üçün başqa rayonlara və şəhərlərə getməyəcəklər. İxtisaslı mütəxəssislər onların uşaqlarına hər cür yardım göstərəcəklər.
    Açılışda iştirak edən valideyn, Hüsənli kəndinin sakini Fəzail Məmmədov söylədi ki, qızı Mələkxanımın 8 yaşı var. İndiyədək Bakıda, Mingəçevirdə müalicə olunurdu. İndi belə bir mərkəzin Tərtər rayonunda fəaliyyət göstərməsi həm valideynlərə köməkdir, həm də, sözsüz ki, uşaqlarda yaxşılığa doğru dəyişikliklər baş verəcək.
    Bu xeyirxah işi görənlərə cansağlığı, uğurlar arzulayır, “Xeyirli olsun!” –deyirik.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:30

İsmarıclar bağlıdır.