Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Yuxarı Qapanlı kəndində keçirilən növbəti səyyar qəbul-görüşündə səhiyyə, təhsil, mədə-niyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nü-mayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi in-kişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Yuxarı Qapanlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, son illər əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
    Qeyd olunub ki, Yuxarı Qapanlı kəndinin 605 hektar ərazisi, 281 təsərrüfatı, 1180 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 3 ticarət obyekti, 2 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1213 baş iribuynuzlu, 1372 baş xırdabuynuzlu heyvan, 4207 baş quş saxlayırlar.
    Son üç ildə Yuxarı Qapanlı kəndində kəndarası yollar təmir edilib, su arxları 500 metr məsafədə lildən təmizlənib, kənd ərazisində 400 ədəd eldar şamı, 1500 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-sahmana salınıb.
    Rayon rəhbəri sakinlərə erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotik və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
    Sonra söz sakinlərə verilib.
    Kənd sakinlərindən Nəriman Əliyev və Əbdüləli Nəcəfov pay torpaq sahələrinin suvarılmasına köməklik olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

     

    Müəllif: Redaktor, 14:19

İsmarıclar bağlıdır.