Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat kollektivləri, İƏD üzrə nümayəndələr və rayon polis şöbəsi-nin əməkdaşları iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla anıblar.
    Sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik etdi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər saldı, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Bildirdi ki, Azərbaycan Polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov polis işçilərini əlamətdar gün münasibətilə təbrik etdi, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğuladı, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan polisi bir əsr şərəfli tarixi yol keçmişdir. Xüsusən, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili gücləndirilmiş peşakar kadr özəyi yaradılmışdır. Ulu Öndər həmişə polis əməkdaş-larının əməyinə yüksək qiymət vermişdir. Məhz Ümummilli liderin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azər-baycan Polisi günü kimi qeyd olunur. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
    Rayon rəhbəri çıxışında qeyd edib ki, Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları əməkdaşlarının və hərbi qulluqçularının da müstəsna xidmətləri olub. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar.
    Ümumiyyətlə istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində daxili qoşunların hərbi qulluqçuları və polis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılara qarşı mətinliklə döyüşüblər.
    Bu gün ölkəmizdə sabitliyin, ictimai asayişin keşiyində qətiyyətlə dayanan Azərbaycan polisi cinayətkarlıqla mübarizədə də öz fədakarlığı ilə seçilir. İyunun 24-də Şüvəlan qəsəbəsində baş vermiş hadisə buna ən yeni misal ola bilər. Axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı üç polis əməkdaşı həlak olub.
    Azərbaycan Polisi mütəşəkkil cinayətkar qruplaşmalara, narkotiklərin qanunsuz dövriyyəsinə, eləcə də dövlətin konstitusion quruluşuna çıxanlara qarşı qətiyyətlə mübarizə aparır.
    DİN əməkdaşları işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi məqsədilə xidməti vəzifələrini layiqincə həyata keçirirlər. Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Qarabağ və Şərqi Zəngəzurda qarşıya qoyulan tapşırıqlar böyük əzmlə icra olunur.
    Tədbirdə iştirak edən rayon prokuroru Əli Qurbanov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev, rayon məhkəməsinin sədri Tahir Qubadov, Tərtər hərbi prokuroru Emin Vəliyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis vəzifəsini icra edən Qədir Babayev, Vətən Müharibəsi Qəhrə-manı Azər Abdullayev, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sa-diq Cəfərov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, Şəhid Mirzəli Rəşadın anası Afidə Mirzəyeva çıxış edərək 106 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirdiriblər.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və rayon Polis Şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman verilib və şəhid olmuş polislərin ailələrinə maddi yardım göstərilib.
    Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

     

    Müəllif: Redaktor, 14:27

İsmarıclar bağlıdır.