Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl
    Bu gün gözləməyin, yaxın dostlarım,
    Məni bağışlayın, evdə “qonaq” var.
    Ayrı gün demirəm, cümə günləri
    Məni bağışlayın, evdə “qonaq” var.
    Evdədir ən şirin dad-nemət bugün,
    Evdədir xoş söhbət, səyahət bugün
    .Evdədir ziyafət, ziyarət bugün,
    Məni bağışlayın, evdə “qonaq” var.
    Yurda “pay tutublar” İlahi nurdan.
    Səfa gətiriblər Minadan, Turdan,
    Gərək şən gedələr dönəndə burdan,
    Məni bağışlayın, evdə “qonaq” var.                             

                                 Talıb MƏMMƏDLİ

    Neçə əzizlərin ruhu qonaqdı,
    Həm əzizdi, həm İlahi qonaqdı.
    Ata-Ana ruhu dahi qonaqdı,
    Məni bağışlayın, evdə “qonaq” var.
    Mən evdə olmasam məndən küsəllər,
    Kənarda əylənən şəndən küsəllər.
    Cümə ruhlarındı, gündən küsəllər,
    Məni bağışlayın, evdə “qonaq” var.

    Müəllif: Redaktor, 09:46

İsmarıclar bağlıdır.