Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl

    22 iyul–Milli Mətbuat Günü münasibəti ilə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kollektivimizlə görüşüb, bizi peşə bayramı münasibəti ilə təbrik edərək, iş şəraitimizlə tanış olub.
    Çay süfrəsi arxasında keçən səmimi görüşdə rayon rəhbəri Milli mətbuat haqqında kollektivimizlə fikir mübadiləsi edib.
    Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində özünü göstərib.
    Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-in cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində qəzet və jurnalların maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.
    Rayon rəhbəri Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatı haqqında bir fikrini vurğulayıb: “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş Milli Mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.
    Media işçiləri istər torpaqlarımız işğal altında olanda, istərsə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıblar. Ali Baş Komandanımızın dediyi kimi, “jurnalistlər vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli tövhələr veriblər”.
    Sonra “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova çıxış edərək, mətbuata dövlət dəstəyindən, müasir mətbuatın vəzifələrindən, mətbuatın cəmiyyətin tərəqqisindəki rolundan danışıb. Media işçilərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib.
    Mətbuat Günü münasibəti ilə çay süfrəsindən sonra xatirə şəkilləri çəkilib.

     

    Müəllif: Redaktor, 11:52

İsmarıclar bağlıdır.