Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Avq

    Bu ilin avqust ayını xalqımız yüksək əhval-ruhiyə ilə qarşıladı. Artıq biz işğal tarixlərini qeyd etmirik. Bütün dünya ilə bərabər işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işlərinin sürətini maraqla izləyir, Böyük Qayıdış prosesinə ürəkdən sevinirik.
    Prezident İlham Əliyevin söylədiyi kimi, Böyük Qayıdışımız Cəbrayıldan, Cocuq Mərcanlı ilə başlayıb və ikinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Cəbrayılın azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan təmizləndi. İndi burada böyük quruculuq işləri görülür.
    İşğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin rahat yaşaması üçün burada hər cür şərait yaradılıb. İş yerləri açılıb. Əhali Böyük Qayıdış prosesini sürətləndirmək üçün tikinti-quruculuq prosesində yaxından iştirak edir.
    Cəbrayıldan sonra Füzuli düşməndən təmizləndi. Prezident İlham Əliyevin dediyi kimi, Füzuli işğaldan azad olunanda bayraq sancmaq üçün burada bir bina tapılmadı. Ancaq bu gün Füzulidə məktəb, inzibati binalar, digər çox mü-hüm obyektlər inşa edilməkdədir.
    Füzuli şəhəri yenidən qurulur, şəhər salınır. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
    27 il ərzində Qubadlı camaatı üçün də ən kədərli aylardan olan avqust indi sevinc və iftixar hissi ilə yaşanır. Vaxt var idi, keç-miş qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürək ağrısı ilə işğal günündə yığışırdılar. İndi o tarix silinib, əvəzində isə Zəfər tariximiz yaşayır və yaşayacaq.
    Bu gün Qubadlıda həyata keçirilən layihələr bu bölgənin işıqlı gələcəyindən xəbər verir.
    Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində vaxtilə düşmən tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş şəhər və qəsəbələr, kəndlər indi cənnətə dönür. İnsanlar illərlə arzularında yaşatdıqları, yuxularında gördükləri dədə-baba yurdlarına qayıdaraq rahatlıq tapırlar.
    Lakin xalqımız ərazilərimizin düşməndən təmizlənməsi uğrunda canını qurban vermiş şəhidlərimizin və qazilərimizin xidmətini heç zman unutmur. Unutmuruq ki, işğal günlərini tarixdən silən Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığıdır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:43

İsmarıclar bağlıdır.