Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Avq

    Buruc rayon mərkəzinə ən yaxın olan kəndlərimizdən biridir. Buranın gözəl təbiəti var.
    İnsanları isə qoçaq və zəhmətsevərdirlər. Hələ Sovet dönəmində Buruc kəndinin daxil olduğu keçmiş “Şəfəq” kolxozunun adı rayonda qabaqcıllar sırasında çəkilirdi. Dövlətə pambıq və digər kənd təsərrüfatı məhsulları satışında “Şəfəq” kolxozu yarış cədvəlinin birinci pilləsində yer alırdı. İndi isə kənd sakinləri öz pay torpaqlarında əkib-becərir, mal-heyvan saxlayırlar. Hazırda Buruc kəndi nəinki rayonumuzda, respublikada müasir infrastrukturu ilə seçilən yaraşıqlı və abad kəndlərdən biridir. Əhalinin sayı 1253-ə nəfərə çatıb. Kənd fasiləsiz olaraq elektrik enerjisi, mavi yanacaq və su ilə təmin olunur. Bura yeni internet xətti çəkilib. Kəndin 537 hektar ərazisi, 291 təsərrüfatı var. Ərazidə 1 məktəb, 1 kitabxana, 2 ticarət obyekti, 1 iaşə obyekti fəaliyyət göstərir. Kənd əhalisi əkinçilik və malıdarlıqla məşğul olurlar. Sakinlər 483 baş iribuynuzlu, 580 baş xırdabuynuzlu heyvan, 3120 baş quş, 92 arı ailəsi saxlıyırlar.
    Kəndin yaşıllaşdırılması, yolların abadlaşdırılması, təmizlik və səliqə-səhman yaradılması işləri diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son üç ildə burada kəndarası yollar təmir edilib, su arxları 6,5 km məsafədə lildən təmizlənib, 1 km qəbiristanlıq yolu təmir edilib. yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhman yaradılıb.
    Rayon rəhbərinin Burucda keçirdiyi səyyar qəbul-görüşü zamanı kənd sakinlərindən Çərkəz Musayev, Hikmət Abbasov, Baloğlan Əliyev onları narahat edən bəzi problemlərin aradan qaldırılması ilə bağlı müraciət ediblər.
    Hikmət Abbasov deyir:
    –Kəndimiz rayon mərkəzinə yaxın məsafədə yerləşir. Kənd müasir infrastruktura malikdir. Hər bir ailə mavi yanacaqdan istifadə edir, işıqlarımız 24 saat ərzində yanır, suyumuz var.
    Kənd sakinləri deyirlər ki, onların həyatının yax-şılaşdırılması insanların əmək qabiliyyətinin artmasına, nəticədə iqtisadiyyatın möhkəmlənməsinə müsbət təsir göstərir. Ölkəmizin hər yerində olduğu kimi, Buruc kəndində də insanlar Azərbaycanın son illər əldə etdiyi qələbələrə sevinir və yüksək əhval-ruhiyyə ilə yaşayıb işləyirlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:46

İsmarıclar bağlıdır.