Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Avq

    Tərtər təhsilinin inkişafında böyük zəhməti olan Maarif İbrahimov dünyasını dəyişib. Maarif müəllim dolğun, maraqlı, bəzən faciələrlə, bəzən sevinclə dolu bir ömür yaşayıb. Bütün məqamlarda əqidəsindən dönməyib. O, daim öz üzərində çalışan, biliyini təkmilləşdirən insan olub. Bədii ədəbiyyata və mətbuata böyük maraq göstərib, bunlara dəyər verib. Bunu başqalarından da tələb edirdi. Onu tanıyanlar söyləyirlər ki, Maarif İbrahimovun ixtisası fizika olsa da, Azərbaycan dilini və ədəbiyyatını gözəl bilirdi. Təhsil şöbəsinin nümayəndəsi kimi məktəblərdə olarkən, fizika fənninin tədrisi ilə yanaşı, kitabxanaların işi, müxtəlif bədii tədbirlərin təşkili ilə maraqlanır, müəllimlərə dəyərli töv-siyələr verirdi. O, bizim rayon qəzetini də çox sevir, vaxtaşırı maraqlı məqalələrlə çıxış edirdi.
    Hərtərəfli insan idi Maarif İbrahimov. Həm tələbkarlığı, həm də müsbət enerjisi ilə seçilirdi. Qısa bir söhbət zamanı da ondan nəsə öyrənmək mümkün idi.
    Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf etdiyi üçün, körpəlikdən hər cür çətinliyi görmüşdü. Ona görə də onda şükür etmək hissi çox güclüydü. Övladlarını da bu cür tərbiyə etmişdi.
    Maarif İbrahimov 1941-ci ildə Tərtər rayonunun Bayandur kəndində anadan olub. 1948-1955-ci illərdə Xoruzlu kənd 7 illik əsas məktəbində, 1955-1958-ci illərdə Qaradağlı kənd orta məktəbində oxuyub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Univer-sitetinə daxil olub, Fizika fakültəsində təhsil alıb.
    Təyinatını doğma rayonuna, şəhər 2 saylı orta məktəbə veriblər. Burada həm sıravi müəllim, həm də 12 ildən artıq bir müddətdə təşkilatçı müavin vəzifəsində çalışıb.
    Şəhər 6 saylı orta məktəb fəaiyyətə başlayanda, təcrübəli pedaqoq kimi Maarif İbrahimo-vu bu yeni təhsil müəssisəsinə göndərirlər. 1977-ci ildə isə onu RTŞ yanında fəaliyyət göstərən “Metodkabinet”ə direktor təyin edirlər. Bu vəzifədə çalış-dığı 26 il ərzində onun iş üsulu və təcrübəsi Təhsil Nazirliyinin diqqət mərkəzində olub, qabaqcıl təcrübəsi respublika səviyyəsində yayılıb. Onun çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib, bir sıra medallar, döş nişanları, Fəxri Fərmanlarla təltif olunub.
    “Ali kateqoriyalı müəllim” adı alıb.
    Məhsuldar, səmərəli, yaddaqalan ömür yolunun izləri silinmir! Allah rəhmət eləsin!

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.