Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Avq

    İqtisadi göstəricilər artdıqca, əhalinin rifahı yaxşılaşır

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Cəmilli kənd İƏD üzrə nümayəndəliyin Bala Kəngərli kəndində keçirilib.
    Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bala Kəngərli kəndində görülən işlərdən, sakinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
    Qeyd olunub ki, Bala Kəngərli kəndinin 358 hektar ərazisi, 141 təsərrüfatı, 636 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 3 ticarət obyekti, 1 iaşə obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 298 baş iribuynuzlu, 259 baş xırdabuynuzlu heyvan, 2560 baş quş, 95 arı ailəsi saxlayırlar.
    Son üç ildə Bala Kəngərli kəndində 16 yaşayış evini birləşdirən, sel suları nəticəsində dağılmış körpü təmir edilib, su arxları 6 km məsafədə lildən təmizlənib, kənd ərazisində 450 ədəd çəkil, 210 ədəd çinar ağacı əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
    Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https: //rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotik və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
    Sonra söz sakinlərə verilib.
    Kənd sakini Şükür Qasımov evinə internet xəttinin çəkilməsi və qazi oğlunun mənzillə təmin olunmasının tezləş-dirilməsi ilə bağlı müraciət edib.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 11:17

İsmarıclar bağlıdır.