Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Avq

    Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsinin qızğın vaxtıdır. 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış 6 namizəd də hazırda fəal təbliğat və təşviqat işləri ilə məşğuldur.
    Dairə seçki komissiyasının sədri Həmid Mehdiyev bildirdi ki, dairə üzrə 59 seçki məntəqəsi təşkil olunub. Onlardan 2-si işğaldan azad edilmiş ərazilərdə – Ağdərə şəhərində və Su-qovuşan qəsəbəsində yerləşir. Dairə üzrə seçici kimi qeydə alınan 506 nəfər ilk dəfə səs verəcək. 1116 nəfərin yaşı isə 80-100 arasıdır. Yaşı 100-dən yuxarı olan seçicilər də var ki, onların da sayı 7 nəfərdir. Həmçinin seçki günü 18 yaşı tamam olan 3 seçici ilk dəfə olaraq belə mühüm siyasi kampaniyada iştirak edəcək.
    Həmid Mehdiyev onu da qeyd etdi ki, bütün seçki məntəqələrində lazımi hazırlıq işləri görülüb – siyahılar dəqiqləşdirilib, məntəqələr texniki avadanlıq və müvafiq təlimat materialları ilə təmin olunub, 9 məntəqədə vebkameralar quraşdırılıb, məntəqə seçki komissiyalarının üzvləri treninqlərdə maarifləndiriliblər.
    Seçkiləri ayrı-ayrı siyasi partiyalardan və öz təşəbbüsü ilə 860 yerli müşahidəçi izləyəcək. Həmçinin siyasi kampaniyanın gedişinə beynəlxalq müşahidəçilər də nəzarət edəcəklər.
    Seçki dairəsində onu da bildirdilər ki, sentyabrın 1-də keçiriləcək seçkilər prosesində yaşlı və xəstə insanların iştirakını təmin etmək üçün daşınan seçki qutularından istifadə olunacaq. Belə seçicilərdən biri – Seydimli kəndinin 109 yaşlı sakini Saran Həsənova ilə əlaqə saxladıq. Saran nənə özünü olduqca gümrah hiss etdiyini dedi:
    – Builki prezident seçkilərində iştirak etmişəm. Qutunu evimizə gətirmişdilər. İndi də gətirəcəklər. Çalışacağam elə namizədə səs verim ki, camaatımızı düşünən, xeyrimizə-şərimizə yarayan olsun. Onu da deyim ki, torpaqlarımız işğaldan azad ediləndən kəndimizdə insanların əhvalı çox yaxşıdır. Axı, əvvəllər kəndimiz daim bədnam qon-şularımız tərəfindən atəşə tutulurdu. Allah vətənimizi, cavanlarımızı qorusun, daim əmin-amanlıq olsun.

    Lazım QULİYEV,
    “Azərbaycan”

     

    Müəllif: Redaktor, 13:19

İsmarıclar bağlıdır.