Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Sen

    Əlaqədar qurumlara tapşırıqlar verilib

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İƏD üzrə nümayəndəliyin Bayandur kəndində keçirilib.
    Qəbulda YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iş-tirak ediblər. Əvvəlcə icra başçısı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş xatirə löv-həsinin önünə gül-çiçək dəstələri düzüb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bayandur kəndində görülən işlərdən, sakinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
    Qeyd olunub ki, Bayandur kəndinin 219 hektar ərazisi, 140 təsərrüfatı, 616 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 ticarət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 224 baş iribuynuzlu, 400 baş xırdabuynuzlu heyvan, 3400 baş quş, 30 arı ailəsi saxlayırlar.
    Son üç ildə Bayandur kəndində kəndarası yollar 1 km məsafədə təmir olunub, su arxları 1 km məsafədə lildən təmizlənib, suvarma suyu üçün 1 ədəd subartezian quyusu qazılıb, kənd ərazisində 1000 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
    Sonra söz sakinlərə verilib.
    Kənd sakini Məhəmmədəli Məmmədov kəndə gələn suvarma arxına qapı qoyulması, yeni subartezian quyusunun qazılması, məktəbin həyətində olan qurumuş iki ədəd ağacın götürülməsi, Eyvaz Hüseynov subartezian quyusunun təmir edilməsi, Elsevər Novruzov kəndə gələn keçmiş suvarma arxının bərpa olunması və digər məsələlər barədə müraciət ediblər.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    * * *
    Rayon rəhbəri Müstəqim Məmmədov əsaslı təmir olunan Bayandur kənd körpələr evi-uşaq bağçasında mövcud şəraitlə yaxından tanış olub, bağ-çanın kollektivi və uşaqlarla görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Məktəbəqədər təhsil müəssisəsində görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, gündəlik gigiyenik qaydalara əməl olunmasını, məktəbəqədər tərbiyə müəssisəsində hər bir uşağa fərdi yanaşma ilə bağlı tövsiyələrini verib.

     

    Müəllif: Redaktor, 13:11

İsmarıclar bağlıdır.