Aişə Bayramlı 9 may 2008-ci ildə Tərtər şəhərində anadan olub, 16 yaşı var. Tərtər şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. Bu yaxınlarda dünya nüfuzlu “Beynəlxalq Bakalavriat (IB)” məktəbi olan, dünyanın bir çox ölkələrindən xüsusi istedadlı gənclərin təhsil aldığı “UWC Mostar”a 50% təqaüdlə 11 və 12-ci sinif təhsili almaq üçün qəbul edilib və həmin məktəbə qəbul olan ilk azərbaycanlıdır.
Aişə deyir:
–Xəyalım “UWC” kimi nüfuzlu bir məktəbdə qarabağlı bir gənc olaraq Vətənimi təmsil etmək, gələcəkdə “Kompüter Elmləri” ixtisası üzrə təhsil almaq, həmçinin müharibə şəraitində böyümüş bir gənc kimi ölkəmin ucqar bölgələrində yaşayan gənclərin texnologiya savadlılığının, innovasiya və təhsilə inamının artırılmasına dəstək göstərməkdir. Ümid edirəm ki, bu xəyallarımı gerçəkləşdirə və uğurlu “UWC” məzunları siyahısına qoşula bilərəm.
“UWC” məzunları arasında Hollandiya kralı Uilyam Aleksandrı, OpenAI şirkətinin Baş Texnologiya Direktoru Mira Muratini, BMT-nin Dünya Qida Proqramının direktoru Marina Katenanı, hazırkı Kanada Baş nazirinin müavini və İqtisadiy-yat naziri Kristia Frilandı, Danimarkanın sabiq xarici işlər naziri Lene Feltman Esperseni, Almaniya, Hollandiya, Böyük Britaniya və sairə ölkələrdəki parlament üzvlərini, Kanada Hava Yollarının keçmiş sədri Robert Miltonu, Nokia Korporasiyasının keçmiş sədri Yorma Ollilanı, Yale Universitetinin professoru Şevket Turavanı, Oxford Universitetinin professoru Federiko Vareseni, həmin universitetin kafedra müdürlərindən Conatan Miçini və başqalarını qeyd etmək olar.
“UWC”nin keçmiş prezidentləri ara-sında Kral III Çarlz – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hazırkı kralı, Nelson Mandela – Nobel Sülh Mükafatı Laureatı da yer alır. “UWC”nin indiki prezidenti isə keçmiş İordaniya kraliçası Nurdur.
Həmyerlimizi təbrik edir və təhsildə uğurlar arzulayırıq!
“Yeni Tərtər”