UŞAQLIQ İLLƏRİ
O ötən illərdə biz də, ay ata, Gedərdik məktəbə çiynində çanta, Yığışıb məktəbin çölündə-orda, Uşaqlar birlikdə idman edərdi, Ah necə də qayğısız, xoşbəxt günlərdi! |
Evə çatıb hazır yemək tapardıq, O yeməyə min cürə naz satardıq, Evi dağıdardıq, sonra yığardıq, Anamızı incidib, söylədərdik, Ah necə də qayğısız, xoşbəxt günlərdi! |
O zamanlar gözəl anam var idi, Hər işimdə mənə dəstək, yar idi, Maaşım məqaləmə qonorar idi, Nübar müəllimlə şeirləşərdik, Ah necə də qayğısız, xoşbəxt günlərdi! Vəfa Quliyeva |
Dərs qurtaranda qanad açardıq, Qəfəsdən quş kimi çölə uçardıq, Fantaldan bir ovuc sudan içərdik, Susuz olmasaq da, adətkər idik, Ah necə də qayğısız, xoşbəxt günlərdi! |
Dirrikdə, sahədə, evdə işlərdik, Bir-birimizin paylarını dişlərdik, Dostluq qurub ikilərdik, üçlərdik, Kitab oxuyub mübahisə edərdik. Ah necə də qayğısız, xoşbəxt günlərdi! |
|
Özümüzə məsafələr qoyardıq, |
Yalnız böyüməkdi böyük dərdimiz, |