Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen

    Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə toxum sərgi-satış yarmarkaları davam edir. Mövsümün növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Tərtər rayonunda keçirilib.
    Tədbirə Qarabağ iqtisadi rayonu üzrə Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından fermerlər qatılmışdılar. Ənənəvi olaraq keçirilən toxum sərgi-satış yarmarkasında Kənd Təsərrüfatı Nazirliyinin qurumları, digər dövlət müəssisələri,  toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak etmişlər.
    Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif dənli və tərəvəz bitki sortlarının sertifikatlı toxumlarının nümayiş olunduğu festival çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun məhsullar sərgilənmişdir.Sərgi bölməsində alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları nümayiş olunmuşdur.
    Tədbirin açılış mərasimində çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov toxum sərgi-satış yarmarkalarının ölkənin müxtəlif bölgələrində keçirilməsinin fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanları verdiyini qeyd etdikdən sonra fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə geniş məlumat verilmişdir.
    Festivalda fermerlərin maarifləndirilməsi istiqamətində mütəxəssislər tərəfindən toxum və bitki mühafizə tədbirlərinə dair təlim də keçirilmişdir. Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisi Kənan Tapdıqlı “Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulu və tətbiqi” mövzusunda fermerlər qarşısında çıxış etmişdir.
    Tədbir çərçivəsində fermerlər üçün kredit yarmarkası da təşkil olunmuşdur. Kredit yarmarkasında fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunmuş və informasiya materialları təqdim edilmişdir.

    Lazım QULİYEV,
    “Azərbaycan”

     

    Müəllif: Redaktor, 13:51

İsmarıclar bağlıdır.