Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen

    27 sentyabr 2020-ci il–Vətənimizə payız fəsli qədəm qoyurdu. Gözəl payız səhəri idi. Yavaşyavaş havalar sərinləyirdi. Hər şeydən xəbərsiz idik. Bilmirdik ki, bu gün tariximizə qızıl hərflərlə yazılacaq. Payızda başlayan bu tarix, payızda da böyük qürurla, Zəfərlə sona çatacaq.
    2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycan Ordusunun mövqelərinə, yaşayış məntəqələrimizə iriçaplı silahlardan atəş açdı. Buna cavab olaraq əks-hücum əməliyyatı başlandı. “Dəmir yumruq” adını alan bu əməliyyat sonradan Vətən müharibəsinə çevrildi.
    Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev müharibənin ilk günündən xalqa müraciət etdi. O, xalqı tam əminliklə Qələbəyə köklədi. Xalqa müraciətində dedi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Bütün xalq, ordu bir yumruq kimi Prezidentinin arxasında dayandı.
    Düzdü, işğaldan azad olan torpaqlarımız üçün sevinirdik, ancaq bu sevinclə yanaşı şəhidlərimizin, qazilərimizin olması bizləri üzürdü. Amma buna baxmayaraq xalqımız “irəli” deyirdi. Övladını dəfn edən şəhid anaları, ataları “təki vətən sağ olsun!” deyirdi. “Bir qarış torpağımız düşməndə qalmamalıdır,” –deyirdilər.
    Düşmən Ordumuzla döyüş meydanında bacara bilməyib yaşayış məntəqələrimizi atəşə tuturdu. Ordumuz isə onların cavabını döyüş meydanında layiqincə verirdi. Yaşayış məntəqələrimizi atəşə tutmaları nəticəsində xeyli sayda mülki vətəndaşımız şəhid oldu və yaralandı. Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mül-ki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmışdır.
    Tərtər şəhərinin üzərinə sanki od ələnirdi. Da-yanmadan şəhərin mərkəzi, küçələri, kəndləri ermənilər tərəfindən atəşə tutulurdu. Müharibə vaxtı Tərtər şəhərinə 16 min 277 top, qrad mərmisi və 21 qadağan olunmuş raket atılmışdır. Ancaq buna baxmayaraq qəhrəman tərtərlilər bir gün olsa belə öz evlərini tərk etmədilər. Rayonumuzun atəşə məruz qalması nəticəsində 16 mülki vətəndaş şəhid olmuş, 63 nəfər isə yaralanmışdır. Ancaq Prezidentimizin apardığı düzgün siyasət nəticəsində amalımızdan dönmədik.
    44 günlük Vətən müharibəsində Tərtərin qəhrəman oğulları ilk gündən torpağın müdafiəsinə qoşuldular. Hər biri torpaqlarımızı yağı düşməndən azad etmək istəyirdi. Vətən müharibəsində Tərtər rayonu 45 hərbi şəhid verdi. Qəhrəman tərtərlilər rayonun atəşə tutulmasına baxmayaraq hər bir şəhidini böyük izdihamla qarşılayıb son mənzilə yola salırdılar.
    Beləliklə, 30 il işğal altında qalan torpaqları-mız azadlığına qovuşurdu. Əsgərlərimizin ayağı torpaqlarımıza dəyirdi. Hər daşında, qayasında tarix daşıyan Qarabağımız qucağını öz doğmalarına açdı. Tarixdə belə misli görünməmiş döyüş olmayıb. Həmin vaxt bütün dünyanın gözü bizim ölkədə idi.
    Hər bir Azərbaycan vətəndaşı çalışırdı ki, bu qələbədə onun da payı olsun. Hər kəs Ordumuza kömək etmək istəyirdi. Səhiyyəmizdən, təhsilimizdən, mədəniyyət işçimizdən tutmuş adi fəhlə işləyən hər kəs öz köməyini əsirgəmirdi.
    Azərbaycan Ordusu oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad etdi. Oktyabrın 4-də Cəbrayıl şəhəri, 9-da isə Hadrut qəsəbəsini düşməndən azad edildi. Rəşadətli Ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Xudafərin körpüsünün üzərində isə oktyabrın 18–Müstəqillik Günündə Azərbaycan Bayrağı dalğalandı. Oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi azad edildi və İranla dövlət sərhəddimiz nəzarətə götürüldü.
    Ordumuz 25-26 oktyabrda Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad etdi.
    Azərbaycan Ordusu dünya hərb tarixinin ən şanlı, ən çətin zəfərini Şuşanı azad etməklə yazdı. Şuşanı azad etdikdən sonra düşmən Ordumuzun qarşısında diz çökdü. Qarabağın tacı olan Şuşa noyabrın 8-də qəhrəman əsgərlərimiz, zabitlərimiz tərəfindən azad edildi. Onlar dağlardan, dərələrdən, meşələrdən keçərək yüngül silahlarla döyüşə qatılırdılar. Şuşa azadlığına qovuşdu. Xüsusi Təyinatlı Qüvvələrimiz Şuşanın sıldırım qayalarına dırmaşaraq, hətta çiyinlərində yaralı yoldaşlarını, şəhid qardaşlarını belə özləriylə daşıyırdılar.
    Şuşanın azad olunması xəbərini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanından çatdırdı: “Böyük fəxarət, qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri azad edildi! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir, Qarabağ Azərbaycandır!”
    Müharibədəki ağır məğlubiyyət Paşinyanı geri çəkilməyə məcbur etdi. 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladmir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanat imzalandı. Hərbi əməliyyatlar dayandırıldı. Ermənistan rəhbərliyinə vaxt qoyuldu ki, seperatçılarını torpaqlarımızdan çıxarsınlar. Və nəhayət, bir güllə belə atılmadan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ordumuza təhvil verildi.
    Prezidentimiz informasiya cəbhəsində də Ermənistanın bütün təxtibatlarını aparıcı media qurumlarına müsahibələri ilə darmadağın etdi: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə bu qədər müsahibə verməmişəm”.
    Bu Şanlı qələbəmizin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti, vətənpərvərliyi dayanır. Onlar torpaqlarımızı düşməndən qarış-qarış azad edərək bu zəfər sevincini bizə yaşatdılar. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər. Bizlər hər birimiz bu torpaqda rahat gəziriksə, bunu şəhidlərimizə, qazilərimizə borcluyuq.
    30 ilə yaxın düşmənin işğal altında saxladıqları torpaqlarımızı igid, cəsur əsgərlərimiz 44 gün ərzində azad etdilər.

    İlahə PAŞAZADƏ

     

    Müəllif: Redaktor, 11:42

İsmarıclar bağlıdır.