Rayon rəhbəri şəhidlərin məzarlarını ziyarət edib və il mərasimlərində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov və aidiyyəti şəxslərlə birlikdə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan 6 nəfər tərtərli şəhidin-Tərtər rayon Səhləbad kənd sakini, 3-cü dərəcəli “Rəşadət” ordenli Lalayev Ruslan Akif oğlunun, Tərtər rayonu Çardaqlı kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Ağayev Kənan Vahid oğlunun, Tərtər rayon Evoğlu kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Vəlizadə Rəşad Elşən oğlunun, Tərtər rayon Kəngərli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Abbaszadə Emin Faiq oğlunun, Tərtər rayon, Seydimli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Səfərov Cavid Rövşən oğlunun, Tərtər rayon Qaradağlı kənd sakini, 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordenli İbrahimov Elnur Səxavət oğlunun ailələri ilə görüşüb.
44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror əməliyyatından danışan icra başçısı torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərə Ulu Tanrıdan rəhmət diləyərək, şəhid ailələrinə səbr, dözüm arzulayıb.
Rayon rəhbəri Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri ilə birlikdə lokal antiterror əməliyyatları zamanı şəhid olan tərtərli hərbçilərin məzarlarını ziyarət edib və il mərasimlərində iştirak ediblər.
Mərasimlərdə qeyd olunub ki, bizim bütün qələbələrimizin əsasında vətənpərvərlik ruhu dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “ Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz – nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü,– çünki bütün təpələrdə onlar yerləşmişdi,– nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər.
Canlarını Vətən üçün fəda edənlər bu ailələrdə böyümüş-lər, bizim müəllimlərdən dərs almışlar. Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.