Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Fev

    MÜƏLLİM ƏMƏYİNİN BƏHRƏSİ
    Изображение-216“Təbriz müəllim, sabah bir tədbir keçiriləcək, siz hökmən iştirak etməlisiniz, orada sizə mükafat təqdim olunacaq”.  Bu çağırış Təbriz müəllimi həyəcanlandırmış və düşünməyə vadar etmişdir.
    Axı, mən nə iş görmüşəm, kim tərəfindən mükafatlandırılıram? Bir-birini əvəz edən suallar içində səhərin açılmasını səbirsizliklə gözlədi.
    Bilirdi ki, Gənclər Günü münasibəti ilə möhtəşəm bir tədbir keçiriləcək.
    Lakin mükafatlandırılmasından xəbərsiz idi. Bu düşüncələrlə necə yuxuya getdiyni bilmədi. Bir də ayıldı ki, artıq səhər açılıb. Hazırlaşıb tədbirə yollandı…
    Təbriz Quliyev Gəncə Pedaqoji Universitetinin gənclərin çağırışa qədərki hazırlığı və fiziki tərbiyə fakültəsini bitirib. Hələ tələbəlik illərində bu ixtisasın onun üçün nə qədər dəyərli olduğunu anlamışdı. İndi isə həmin fənni böyük qürur hissi ilə tədris edir. Seydimli kənd tam orta məktəbində hərbi rəhbər və fiziki tərbiyə müəllimidir. Şagirdlərin məktəblərarası hərbi idman oyunlarının keçirilməsində Təbriz müəllimin böyük zəhməti vardir. Onun zəhmətinin nəticəsidir ki, 2015-ci ildə Səfərbərlik və Hərbi Çağırış Xidməti üzrə Dövlət Xidmətinin rəisi tərəfindən gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə diplomla mükafatlandırılıb. Ən böyük mükafatı isə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təsis olunmuş “Fədai” medalıdır.
    Təbriz müəllim bu mükafatın təqdim olunmasından böyük qurur hissi keçirir. Belə deyir:
    –“Fədai” mükafatı mənim məsuliyyətimi daha da artırıb. Düşünürəm ki, gənclərdə hərbi sahəyə marağın daha da artırılmasına çalışmalıyam. Bu gün həm də onu bildirmək istəyirəm ki, məktəbimizin yetirməsi Quluzadə Təbriz C. Naxçıvanski adına hərbi liseydə təhsil alir. Bu o deməkdir ki, bir nəfər gəncimiz də hərbi sahənin mütəxəssislərindən olacaqdır.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 11:14

    Teqlər:

İsmarıclar bağlıdır.