Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    photostudio_1456316571152Fidan Sabirli şəhər 1 saylı tam orta məktəbin məzunudur. O, 2014-cü ildə bu məktəbi bitirib. Hələ orta məktəbdə oxuyarkən müəllim olmaq, elmin sirlərini uşaqlara öyrətmək arzusu ilə yaşayırdı. Bu istəklə də üçüncü qrupa imtahan verdi. Hazırda Mingəçevir Turizm Kollecində oxuyur. Məktəbəqədər təlim-tərbiyə fakültəsinin üçüncü kurs tələbəsidir. Onu da deyim ki, Fidan təkcə təhsil almaqla kifayətlənmir. Həm də içtimai işlərdə fəal iştirak edir. Məktəbin əlaçı tələbələrindəndir, təqaüd alır. Fidanın arzuları çoxdur.
    Gələcəkdə təhsilini davam etdirmək, ona elm öyrədən müəllimləri kimi savadlı və təcrübəli bir pedaqoq olmaq arzusundadır. Bunun üçün yorulmadan çalışır. Yaxşı bilir ki, təhsil illərində topladığı savad üzünü daim ağ edəcəkdir. Hər dəfə imtahanlarda müvəffəqiyyətlər əldə edəndə sevinci hədsiz olur. Bu, Fidanı daha yaxşı oxumağa sövq edir. Əlbəttə, istedadlı şagird və tələbə oxuduğu ocağın fəxridir. Arzuların axarında Fidana müvəffəqiyyətlər diləyirik

    Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 10:41

    Teqlər:

İsmarıclar bağlıdır.