Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    “ADƏT-ƏNƏNƏLƏRİMİZƏ BAĞLILIĞIMIZLA GÜCLÜYÜK”
    IMG-20160212-WA0001111Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündəki nitqində demişdir: “Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz ücün həlledici olacaq .”
    Ölkə başçısının bu cür qürur və inamla haqqında danışdığı gənclərdən biri də Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Ayşən Şükürovadır.
    Ayşən 2013-cü ildə Tərtər şəhərində yerləşən Umudlu kənd tam orta məktəbini əla qiymətlərlə bitirərək 595 balla ali məktəbə daxil olmuşdur. Özünün dediyi kimi, bu hadisə onu çox sevindirsə də, tələbə adını qazanmasını arzusuna doğru aparan yolda yalnız ilk uğurlu addım hesab etmişdir.
    Ayşən universitetdə də təhsil əlaçısıdır. Bununla bərabər ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən qayğıdan və yaradılan şəraitdən bəhrələnərək müxtəlif layihələrdə müvəffəqiyyətlə iştirak edir, təcrübə toplayır. Bu işlər onun hərtərəfli püxtələşməsinə kömək etməklə yanaşı, həm də maddi dəstək verir.
    Ayşən “Gənclərin gələcəyinə dəstək” İctimai Birliyi ilə əməkdaşlıq edir. “Adət-ənənələrimizi yaşadaq!” layihə-sinin həyata keçirilməsində xüsusi fəallıq göstərib.
    Ayşənin valideynləri ağdamlıdırlar. Özü isə Tərtərdə dünyaya göz acıb. Ailədə beş övladdırlar, ali təhsil dalınca gedən yalnız Ayşəndir. Dediyinə görə, körpəlikdən təhsilli olmağı, müəyyən bir sahədə çalışmağı qarşısına məqsəd qoymuşdur. Onların ailəsində qızların oxumağını o qədər alqışlamasalar da, ata və anası arzusuna zidd çıxmadılar, məktəb müəllimləri ilə birlikdə ona dəstək oldular. Hətta qəbul olandan sonra da özləri müəllimliyə daha çox üstünlük versələr də. Ayşənin seçiminə mane olmadılar. Düşündülər ki, qoy onların da ailəsindən beynəlxalq münasibətlər sahəsində savadlı, vətənpərvər bir gənc çalışsın. Axı, Prezident İlham Əliyevin dediyi kimi, “dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa tövhə versinlər.”
    Ayşən ingilis dilini gözəl bilir, hərdən şeir də yazır.
    Məktəb illərində şeirlərinin ilk oxucusu direktor Zabil Zeynalov olurdu. Indi də həm Zabil müəllimlə, həm də məktəb kollektivi ilə əlaqə saxlayır. Fəxrlə deyir: –Məktəbimizin güclü potensialı var. Ona görə ki, burada çalışan müəllimlər peşəsinin vurğunudurlar. Həm də məktəbdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə böyük önəm verilir. Sözsüz ki, yurdunu sevən hər kəs ona gərəkli olmağa çalışacaq, öz üzərində daim işləyəcək. Bu səbəbdən də hər il məktəbimizin uğurları artır, məzunların sorağı müxtəlif ali məktəblərdən gəlir.
    Ayşən Şükürova xalqımızın adət-ənənələrinin fəal təbliğatçılarından və öz nümunəsində onları yaşadanlardan biridir. Tələbə qız deyir: “İnsan nə qədər ucalsa da, öz soy-kökündən uzaq düşməməlidir. Hər bir gənc ailəsinə, Vətəninə, adət-ənənələrinə bağlılığı ilə güclüdür.”

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 10:56

    Teqlər:

İsmarıclar bağlıdır.