Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    DSC_0422Rayonun “Gənclər Mərkəzi”ndə “İdeal” fəal gənclər təşkilatı Tərtər şəhər tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında “7 sual-7 cavab” intelektual yarışı kecirmişdir.

    Tədbirə rayon icra hakimiyyəti başçısı aparatının, gənclər və idman idarəsinin, təhsil şöbəsinin  mümayəndələri, idarə və müəssisə rəhbərləri dəvət olunmuşlar.

    Viktorina üç mərhələdə keçirilmişdir. Birinci mərhələdə komandalar mahnı oxumuş, ikinçi mərhələdə səhnəcik nümayiş etdirmiş, üçüncü mərhələ isə bilik yarışması ilə yekunlaşmışdır.DSC_0409

    Ümumi balları hesablayan münsiflər heyəti 6 saylı tam orta məktəbin komandasını qalib elan etmişdir. Komandaların tərkibində olan qızlara və məktəbin qadın müəllimlərinə 8 mart Beynəlxalq  Qadınlar Günü münasibəti ilə hədiyyələr verilmişdir. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir haqqında öz ürək sözlərini bildirmiş, tədbirin təşkilatçılarına təşəkkür etmişdir.

    «Yeni Tərtər»

    Müəllif: Redaktor, 16:21

    Teqlər:

İsmarıclar bağlıdır.