Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

     

    IMG-20150314-WA0004Yaxın keçmişimizdə Səhlabad kəndində əhalinin çox hissəsi nar bağlarının becərilməsində fəhlə kimi çalışırdı. Bu cür iş şəraiti onları bir qədər şəxsi təsərrüfatın inkişafından ayırırdı. Yəni, kolxozçudan fərqli olaraq, sovxoz fəhləsi yalnız aldığı maaşla ailəsini dolandırırdı.

    Müstəqilliyimizin ilk illərində hər yerdə olduğu kimi, Səhlabad kəndində də bir sıra çətinliklər yarandı. Sovxoz öz fəaliyyətini dayandırdı. Vaxtilə Tərtərin öyündüyü nar bağları kökündən doğrandı. Lakin kolxozlardan fərqli olaraq, bu torpaqlar kənd camaatına paylanmadı, nar bağlarının yerində fərdi yaşayış evləri tikildi, məcburi köçkünlər üçün qəsəbələr salındı. Bu səbəbdən də torpaq islahatı keçirilərkən Səhlabad kəndində adambaşına düşən pay torpağı o biri kəndlərdən az oldu.

    Bir tərəfdən də ermənilərin aramsız hücumları, onların yaxın məsafədə olması insanların həyatını çətinləşdirirdi.

    Kənd camaatı hamılıqla torpaqlarımızın müdafiəsinə qalxmışdı. Analar  oğullarını müharibəyə göndərirdilər. Onlardan 10 nəfəri geri dönmədi, şəhid oldu, 9 nəfəri həyatını əlil kimi yaşamaqda davam edir.

    Bu gün Səhlabad rayonumuzun 13 cəbhəyanı kəndindən biridir.

    Kəndin yolları təmir olunur, həyətlərə su çəkilir, kənd qəbiristanlığı abadlaşdırılır. Suvarma arxlarının təmizlənməsinə, yaşıllaşdırma işlərinə də qayğı ilə yanaşılır.

    Kəndə mavi yanacaq  xətti çəkilib. Yeni EATS və poçt binası tikilib istifadəyə verilib.

    Lakin kənd camaatının həllini səbirsizliklə gözlədiyi məsələlər də var. Bunlar əsasən kənd təsərrüfatının inkişafı ilə bağlı olan və mədəniyyət sahəsindəki çətinliklərdir. Cari ilin ölkəmizdə «Kənd təsərrüfatı» ili elan olunması razılıq hissi ilə qarşılanmışdır. Dövlətimizin bu sahədə iri fermer təsərrüfatlarının, korporasiyaların yaradılması ilə əlaqədar həyata keçirdiyi tədbirlər Səhlabadda da əkinçiliyin daha yüksək səviy-yədə inkişaf edəcəyinə inam yaratmışdır. Hazırda kiçik torpaq sahibkarları istənilən məhsuldarlığı əldə edə bilmirlər. Becərmə və yığım zamanı kiçik sahələrdə texnikanın işləməsi səmərəsiz olduğu üçün bu sahədə də çətinliklərlə üzləşirlər. Kənd İƏD üzrə icra nümayəndəsi Cəbrayıl Yusibov hesab edir ki, ümumi razılıq əsasında torpaqların birləşdirilməsi və iri təsərrüfatların yaradılması kənddə əkinçiliyin və heyvandarlığın inkişafının sürətləndirilməsinə kömək edər.

    Hazırda Səhlabadda 545 təsərrüfat, 436 hektar pay torpağı var. Kənddə 54 qaçqın ailəsi məskunlaşıb. Məcburi köçkünlərlə birlikdə əhalinin sayı 2390 nəfərə yaxındır.

    Əkinlərin 213 hektarını taxıl zəmiləri, 125 hektarını yoncalıqlar təşkil edir. 20 hektarda soğan, tərəvəz əkilib, 8 hektarı isə bağlardır. 4 subartezian quyusu var, lakin bunların 3-ü bir-birinə yaxın olduğundan, yay aylarında, arxların su-yu kəsildikdə, suvarmada çətinliklər yaranır.

    Digər problemlər mədəniyyət sahəsi ilə bağlıdır. Kənddə mədəniyyət evi, kitabxana yararsız binalarda yerləşir. Uşaq bağçası isə köhnə məktəb binasında fəaliyyət göstərir.

    Kənd camaatı ümid edir ki, digər problemlər kimi, bu məsələlər də yaxın zamanda həllini tapacaq. Cəbhəyanı kəndimiz olan və daha çox şəhər tipli bir qəsəbəni xatırladan Səhlabadın həm iqtisadiyyatı, həm sosial həyatı yenilənəcək, ən əsası isə, qələbə arzuları  həqiqətə çevriləcək.

                                                                                 Svetlana Bağırova                 

    Müəllif: Redaktor, 16:25

    Teqlər:

İsmarıclar bağlıdır.