Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    tonqalAşıq Şəmşirin vətəni olan Kəlbəcərin Ağdaban kəndində doğulub, ilk dəfə bu dünyanın gözəlliklərini – meşələrimizi, dağlarımızı orada görüb sevmişəm. Kəndimiz xalqımızın milli varlığınını əks etdirən adət və ənənələrimizi, o cümlədən Novruz adətlərini daim yaşadırlar.

    Ağdabanın içindən Ağdaban çayı keçib Tərtər çayı ilə qovuşurdu. Cavanlar həmişə çərşənbə tonqallarını bu çayın kənarında qalayardılar. Həm də su çərşənbəsində qız-gəlinlər sübh tezdən durub səhənglərlə çaydan su gətirər, ev-eşiyə, həyət bacaya göz yaşı kimi durru su səpərdilər.

    Həyətlərdə də tonqallar qalanar, qadınlar sacda buğda qovurardılar. Özü də bayrama bir necə gün qalmış buğdanı süddə isladardılar ki, qovurğa yumuşaq olsun. Qocalar olan evdə onlar üçün qovurğadan qovut hazırlanırdı.

    Bizim kənddə heç kim bir-biri ilə küsülülük saxlamazdı. Amma əgər belələri olardısa ağsaqqallar bayram günlərində onları barışdırardılar.

    Torpaqlarımızda özlərinə yer eləyən nankor ermənilərin kəndimizi işğal etməsi nəticəsində ağır olsa da, bu gün kəndimizin Novruz adətləri haqqında keçmiş zamanda danışırıq. Lakin hər birimiz əminik ki, bu, müvəqqəti bir dövrdür. Gün gələcək, biz mütləq o yerlərə qayıdacağıq. Ağdaban çayının kənarında gur tonqal – Qələbə tonqalımız yandırılacaq.

    Yaşar Məmmədov,

    127 saylı Kəlbəcər ümumi məktəbinin direktoru

    Müəllif: Redaktor, 16:38

    Teqlər:

İsmarıclar bağlıdır.