Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    DSC_2236Изображение 216Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına İlxıçılar kəndi də əlavə olunub. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri böyük sevinclə qatıldılar.
    Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, Tərtər Regional Qaz İstismar İdarəsinin rəis müavini Elməddin Cəfərov, kənd ağsaqqalı Arif Hüseynov, sakinlərdən Namiq Rəcəbov, Elmira Hüseynova çıxış edərək regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdılar.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi.
    Sonra Müstəqim Məmmədov ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı və kənd sakini Natiq Əliyevin fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etdi.
    * * *
    Həmin gün İlxıçılar kəndində rayon rəhbərinin səyyar görüş-qəbulu da keçirildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:14

    Teqlər:

İsmarıclar bağlıdır.