Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    Изображение 109DSC_3917 (Копировать)Tərtər rayonunun Hüsənli, Əskipara və Evoğlu kəndlərinin kənddaxili yolları təmirdən sonra sakinlərin istifadəsinə verilmişdir.
    Tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri böyük sevinclə qatılmışlar.
    Əvvəlcə Əskipara kənd ağsaqqalı Allahyar Allahverdiyev, Hüsənli kənd ağsaqqalı Yusif Ağayev, sakinlərdən Rəfail Kamalov, Şükür Həsənov və başqaları çıxış edərək yollarının təmir olunması ilə əlaqədar ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, əvvəllər kəndarası yolların vəziyyəti çox yarıtmaz idi. Şagirdlər bu yolla məktəbə çətinliklə gedirdilər. İndi isə təmirdən sonra yollarımız abad və rahatdır.
    Çıxış edən iş icraçısı İlqar Qasımov bildirmişdir ki, yerli icma birliklərinin təşəbbüsü ilə təmir olunan yollar Hüsənli, Əskipara, Evoğlu kəndlərində 27 kilometr məsafəni əhatə edir. Yolun eni 5-8 metrdir, bəzi yerlərdə isə 10-15 metrə çatır.
    Tərdbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinləri yeni istifadəyə verilmiş yolun açılışı münasibəti ilə təbrik etmiş, bildirmişdir ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalmışdır. Nəticədə evlər dağılmış, insanlar həlak olmuş və yaralanmışlar. Buna baxmayaraq qəhrəman tərtərlilər bir an belə rayonumuzu tərk etməmiş, abadlıq-quruculuq işləri ilə məşğul olmuşlar. Belə ki, təmas xəttinə yaxın yerləşən bu kəndlərin yolları aprel ayı ərzində, erməni artilleriyasının kəndlərimizə atəş açdığı vaxtda çəkilmişdir. Bundan əlavə, şəhərin əsas küçələrinə asfalt örtüyü salınmış, şəhərin su-kanalizasiya xətlərinin çəkilişi, yeni tikilən körpələr evi-uşaq bağçasında işlər davam etdirilmişdir.
    Tədbirdə rayon rəhbəri tərəfindən sakinlərin müraciətləri də dinlənilmişdir. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara tapşırıqlar verilmiş, şəxsi problemlərlə xahişləri edən vətəndaşların müraciətləri qanun çərçivəsində yerindəcə həll olunmuşdur.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:40

    Teqlər:

İsmarıclar bağlıdır.