Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    f8b4310cd0b7c5438b70735a95427d8dDSC_5448 (Копировать)Rayonumuzun Dəmirçilər kəndinə qaz çəkilişi başa çatmışdır. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı ilə birlikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, millət vəkili Rövnəq Abdullayev, Milli Məclisin deputatı Sahib Alıyev də iştirak etmişlər.
    Rayon icra hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Tunarə Məmmədzadə tədbiri açaraq sakinləri salamlamış, qonaqlara Qarabağın dilbər guşəsi olan döyüşən qəhrəman Tərtərə “Xoş gəlmişsiniz”,- demişdir. Kənd ağsaqqalı Fazil Rəhimov, Dəmirçilər kənd tam orta məktəbinin müəllimi Ramidə Bəylərova sakinlər adından çıxış edərək kəndlərinin təbii qazla təmin olunmasına, cəbhə bölgəsinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirmişdir ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Bugünədək tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər. Əksinə, Ağdərə rayonunun işğal altında olan bir neçə kəndini işğaldan azad ediblər.
    1-5 aprel tarixlərdə ən qızğın döyüşlər getdiyi vaxtda da tərtərlilərin əlləri işdən soyumadı, rayonda yol, su-kanalizasiya, qaz çəkilişi davam etdirildi, işıq dirəkləri dəyişdirildi, tikinti-abadlıq işləri aparmaqla düşmənə mənəvi zərbə vuruldu.
    Bu gün təmas xəttində düşmənin bir addımlığında keçirdiyimiz bu tədbir də o günlərdəki gərgin əməyimizin nəticəsidir. Rayonda 51 yaşayış məntəqəsindən 36-da əhali qazdan istifadə edir ki, bu da yaşayış məntəqələrimizin 70,6 faizi deməkdir. Dəmirçilər kəndindən başqa daha 5 kəndimizdə qazlaşma başa çatmaq üzrədir.
    Tədbirdə iştirak edən millət vəkili Sahib Alıyev ölkəmizdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, cəbhə bölgəsinə göstərilən diqqət və qayğıdan danışmışdır.
    Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən SOCAR prezidenti Rövnəq Abdullayev kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulmasından, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır. Sonda rayon rəhbərliyi ilə birlikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövnəq Abdullayev və Milli Məclisin deputatı Sahib Alıyev kəndə təbii qaz verilişinin açılış rəmzi olan məşəli alovlandırmış və kənd sakini Seymur Abbaso-vun fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etmişlər.

    Müəllif: Redaktor, 13:28

    Teqlər:

İsmarıclar bağlıdır.